Daha bir ölkə Türkiyəyə görə matəm elan etdi

Daha bir ölkə Türkiyəyə görə matəm elan etdiTürkiyədə və Suriyada dağıdıcı zəlzələlər nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar fevralın 13-ü Şimali Makedoniyada matəm elan edilib.

Avrasiya.net Azərtac-a istinadən xəbər verir ki, bunu Şimali Makedoniyanın Baş naziri Dimitar Kovaçevski deyib.

“Türkiyə və Suriyanın sərhəd bölgəsində baş vermiş dağıdıcı zəlzələlərdə həlak olanların xatirəsini anmaq üçün fevralın 13-nü matəm günü elan etdik. Şimali Makedoniya vətəndaşları sevdikləri və ailələri ilə dualar edir. Bütün vətəndaşlarımız həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir. Biz ölkə və xalq olaraq əziyyət çəkənlərə və hər şeyini itirmiş insanlara kömək etməyə, həmrəy və dəstək olmağa davam edəcəyik”, - deyə Baş nazir qeyd edib.

Qeyd edək ki, bundan öncə Albaniya Türkiyədəki zəlzələnin faciəvi nəticələrinə görə matəm elan etmişdi.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər