Sizin Reklam Burada

Bayden Çinə xəbərdarlıq edib: “ABŞ özünü müdafiə edəcək”

Bayden Çinə xəbərdarlıq edib: “ABŞ özünü müdafiə edəcək”“Çinin addımları ABŞ-ın suverenliyini təhdid etdiyi zaman rəsmi Vaşinqton ölkəni müdafiə etmək üçün hərəkətə keçəcək”.

“Report”un məlumatına görə, bu barədə ABŞ Prezidenti Cozef Bayden Konqresə “Ölkənin vəziyyəti” haqqında illik müraciəti zamanı söyləyib.

“Əmin olun ki, Çin suverenliyimizi təhdid edərsə, ölkəmizi qorumaq üçün hərəkətə keçəcəyik. Keçən həftə etdiyimiz kimi. Aydınlaşdrımaq üçün deyim: Çinə qarşı rəqabətdə qalib gəlmək hamımızı bir araya gətirməlidir. Çünki dünyada ciddi çağırışlarla qarşılaşırıq”-deyə, o bildirib.

O əlavə edib ki, milli infrastruktur layihələrinin həyata keçirilməsində yalnız ABŞ-da istehsal olunan materiallardan istifadə olunacaq.

“Bu gün mən federal infrastruktur layihələrində istifadə olunan materiallar üçün yeni standartları elan edirəm. Hamısı Amerikada hazırlanmalıdır. Taxta, şüşə, alçıpan, fiber optik kabellər, hər şey amerikanın olacaq. Mənim prezidentliyim müddətində yollar, körpülər və magistral yollar Amerika materiallarından hazırlanacaq”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər