Bayden Ərdoğana zəng edib başsağlığı verdi
Dərc olunub:
7-02-2023, 07:31
ABŞ prezidenti Co Bayden türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana zəng edib.
Avrasiya.net xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Bayden zəlzələ ilə bağlı Türkiyəyə başsağlığı verib, yaralılara şəfa diləyib.
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib.
Son məlumatlara görə, zəlzələ nəticəsində həlak olanların sayı 2316 nəfərə, yaralananların sayı isə 13 293 nəfərə çatıb