ABŞ-da konsertdə atışma olub, ölən və yaralananlar va
Dərc olunub:
6-02-2023, 06:29
ABŞ-nin Arkanzas ştatının Nyu-Port şəhərində rep-konsertdə atışma olub.
“Report” “ABC” telekanalına istinadən xəbər verir ki, hadisədə 19 yaşlı qız həlak olub, 4 nəfər isə yaralanıb.
Bildirilib ki, yerli polis saxlanılanlar barədə məlumat verməyib.
Faktla bağlı araşdırma aparılır.