Sizin Reklam Burada

Səfirliyimizə edilən terror aktı Pakistan və Rusiya mətbuatında

Səfirliyimizə edilən terror aktı Pakistan və Rusiya mətbuatındaAzərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzinin sədri, tanınmış jurnalist Cavid Şahverdiyev 2023-cü il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücumla bağlı Pakistan (https://ww.pakistanintheworld) və Rusiyanın (https://www.politrus.com) nüfuzlu saytlarında yazılar dərc edib.

Müəllif qeyd edib ki, bu hadisə birbaşa olaraq Azərbaycan dövlətinə qarşı yönəlmiş terror aktıdır və beynəlxalq hüququn pozuntusudur.

C.Şahverdiyev yazıda vurğulayıb ki, diplomatik münasibətlər haqqında 1961-ci il Vyana Konvensiyası, Konsulluq əlaqələri haqqında 1963-cü il Vyana Konvensiyası, BMT-nin immunitet və imtiyazları haqqında 1946-cı il Konvensiyası kimi sənədlər beynəlxalq müdafiədən istifadə edən xarici dövlət nümayəndəsinə, onun xidməti və ya yaşayış sahələrinə, yaxud nəqliyyat vasitələrinə hücumu yolverilməz hesab edir.

1961-ci il Vyana Konvensiyasının 22-ci maddəsində qeyd edilir ki, “diplomatik nümayəndəliklərin binaları istənilən müdaxilədən, zərər yetirilməsindən qorumaq, nümayəndəliyinin rahatlığının hər cür pozulması hallarının qarşısını almaq üçün qəbul edən dövlət bütün müvafiq tədbirləri görməlidir.

Bu terror aktı göstərdi ki, İran Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasından irəli gələn səfirliyin mühafizəsinin və onun əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı öhdəliyini yerinə yetirməyib.
Yazıda məlum terror aktının SEPAH tərəfindən həyata keçirildiyi və buna görə İranın Azərbaycandan üzr istəməsi vurğulanıb.

Yazılsrın tam mətnləri aşağıdakı linklərdə:

https://pakistanintheworld.pk/live/iran-supposed-to-act-responsible-after-attack-on-azerbaijan-embassy/
https://www.politrus.com/20230129/azerbaycan-iran-4/

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər