Sizin Reklam Burada

ABŞ Türkiyəyə F-16-ların satışı ilə bağlı şərt qoydu

ABŞ Türkiyəyə F-16-ların satışı ilə bağlı şərt qoyduABŞ prezidenti Co Baydenin administrasiyası F-16 qırıcılarının satışının şərtlərini Türkiyəyə çatdırıb.

Söhbət Ankaranın İsveç və Finlandiyanın NATO-ya daxil olması üçün müraciətləri təsdiqləməsindən gedir.

Bu barədə ABŞ dövlət katibinin müavini Viktoriya Nuland Konqresdə dinləmələr zamanı çıxışında məlumat verib.

“Biz bunu türkiyəli müttəfiqlərimizə demişdik. Yəqin ki, Türkiyə Finlandiya və İsveçin NATO-ya daxil olmasına dair sənədləri ratifikasiya etdikdən sonra Konqres Ankaraya F-16-ların satışına daha müsbət yanaşacaq”, - Nuland bildirib.

Qeyd edək ki, bu günlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, İsveç Stokholmdakı qalmaqallı aksiyalardan sonra NATO-ya müraciət üçün dəstək gözləməməlidir.//Oxu.az

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər