Sizin Reklam Burada

ABŞ-İsrail hərbi təlimlərinə 140 təyyarə və 12 gəmi cəlb olunacaq

ABŞ-İsrail hərbi təlimlərinə 140 təyyarə və 12 gəmi cəlb olunacaqABŞ və İsrailin “Juniper Oak 2023” hərbi təlimləri bu il iki ölkə arasında ən böyük birgə manevr olacaq, onlara 140 təyyarə və 12 gəmi, həmçinin HIMARS MLRS reaktiv yaylım atəşi sistemləri cəlb olunacaq.

"Report" xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Pentaqonun sözçüsü Patrik Rayder deyib.

"Bu, bizim birlikdə iştirak etdiyimiz ən böyük və ən əhəmiyyətli təlimdir, ABŞ-ın İsrailin təhlükəsizliyinə sadiqliyinin sarsılmaz, davamlı olduğunu nümayiş etdirmək üçün nəzərdə tutulub", - o deyib.

"Həftə ərzində 140 təyyarə, 12 gəmi, HIMARS çoxsaylı buraxılış raket sistemləri cəlb olunacaq", - ABŞ hərbi qurumunun nümayəndəsi vurğulayıb.

Rayderdən bu təlimin ABŞ-ın İranın nüvə proqramı ilə bağlı mövqeyində hər hansı dəyişikliyi göstərib-göstərmədiyini soruşulub. "Onların məqsədi hər hansı bir düşmənə və ya təhlükəyə yönəlmək deyil, söhbət birlikdə işləməkdən gedir", - Pentaqonun sözçüsü cavab verib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər