Sizin Reklam Burada

Avropanın aparıcı ölkələri ksenofobiya, islamofobiya ilə zəhərlənib

Avropanın aparıcı ölkələri ksenofobiya, islamofobiya ilə zəhərlənibİsveçin paytaxtı Stokholmda müqəddəs Kitabımız "Qurani-Kərim"in Türkiyə səfirliyinin önündə yandırılması bütövllükdə Avropa (Qərb) sivilizasiyasının mənəvi deqradasiyasının göstəricisidir. Bu, sadəcə islamofobiya, türkofobiya deyil.

Cəmiyyətə sözün yaxşı mənasında örnək olmalı olan bir siyasətçi və ya yazıçı müsəlmanlara nifrət əlaməti olaraq ilahi kitabımızı yandırırsa, bu, 30 il davam edən işğal dönəmində ermənilərin məscidlərimizə, qəbristanlıqlarımıza, dini ziyarətgahlarımıza, tarixi-mədəni abidələrimizə qarşı zorakılığının səbəblərini anlamağımıza da kömək edir. Erməni vandalizmi ilə "Qurani Kərim"i yandıran isveçli zehniyyətinin heç bir fərqi yoxdur.

İsveçin baş naziri Ulf Kristerssonun "Qurani Kərim"in yandırılmasına münasibət bildirərək sosial mediadakı paylaşımında bu hərəkəti qınaması və bütün müsəlmanlara üzrxahlığını bildirməsi mahiyyəti dəyişmir. Avropanın aparıcı ölkələri ksenofobiya, islamofobiya ilə zəhərlənib. Səlibçilik başqa formalarda davam edir. Bu isə dünyanın gələcəyi üçün böyük təhlükə mənbəyidir. Müsəlman dünyası bu təhdidlər qarşısında ayıq-sayıq olmalı və həmrəylik nümayiş etdirməlidir.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər