Burkina-Fasoda Fransaya qarşı nümayiş keçirildi
Dərc olunub:
21-01-2023, 08:28
Fransanın Burkina-Fasodakı hərbi mövcudluğuna qarşı nümayiş keçirilib.
Avrasiya.net xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
Etirazçılar Uaqaduqu şəhərində Fransa hərbi kontingentinin ölkədən çıxarılmasını tələb edib, Fransa bayraqlarını yandırıblar.
“Biz öz hərəkətlərimizlə göstərmək istəyirik ki, ölkəmizin artıq Fransaya ehtiyacı yoxdur”, - deyə etiraz nümayişinin təşəbbüskarlarından olan Adama Savadoqo bildirib.
Qeyd edək ki, Burkina-Fasonun da daxil olduğu Saxel regionu ölkələrində 5 mindən çox fransız əsgəri var.