Sizin Reklam Burada

"Vaqner” dəstəsinin keçmiş komandiri Norveçə qaçıb”

"Vaqner” dəstəsinin keçmiş komandiri Norveçə qaçıb”Dekabrın ortalarında döyüş meydanını tərk edərək Rusiya Prezidenti Vladimir Putinə, Baş Prokurorluğa və Federal Təhlükəsizlik Xidmətinə (FTX) videomüraciət ünvanlayan “Vaqner”in bölmələrindən birinin keçmiş komandiri Andrey Medvedev yanvarda Norveçə qaçıb.

“Report” xəbər verir ki, bu barədə “Gulagu.net” insan haqları portalı məlumat yayıb.

Bildirilib ki, yanvarın 12-də A.Medvedev orada siyasi sığınacaq istəyib.

Portal Medvedevin sərhədi qanunsuz şəkildə tikanlı məftillərdən keçməli olduğunu və sərhədçilərin ona atəş açdığını söylədiyi audiomüsahibəni dərc edib.

Medvedev deyib ki, o, həm hüquq-mühafizə orqanları, həm də “Vaqner” tərəfindən axtarışa verildiyi üçün həyatı üçün narahatdır.

Daha öncə Medvedev iddia etmişdi ki, o, döyüşlər zamanı əmrləri yerinə yetirməkdən boyun qaçıran həmkarlarını öldürən “Vaqner” qrupunun muzdluları tərəfindən məhkəməsiz qətllərin şahidi olub.

O, beynəlxalq məhkəmədə ifadə verməyə hazır olduğunu bildirib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər