Sizin Reklam Burada

Hindistan “Qlobal Cənubun Səsi” zirvə görüşünə ev sahibliyi edib

Hindistan “Qlobal Cənubun Səsi” zirvə görüşünə ev sahibliyi edibHindistan 13 yanvar 2023-cü il tarixində “Qlobal Cənubun Səsi” zirvə görüşü çərçivəsində Energetika Nazirlərinin Sessiyasına ev sahibliyi edib.

“Enerji təhlükəsizliyi və inkişaf: Rifahın yol xəritəsi” adlı sessiyada Azərbaycanın energetika nazirinin müavini cənab Kamal Abbasov iştirak edib.

Sessiyada çıxış edən nazir müavini bildirib ki, tarixin ən mürəkkəb enerji böhranının yaşandığı, enerji təhlükəsizliyi təminatının qlobal gündəliyin əsas məsələsinə çevrildiyi, enerji ixracı və idxalı ilə bağlı ölkələrarası münasibətlərin yeniləndiyi bu dövrdə Azərbaycan nəinki sabit enerji təchizatçısıdır, eyni zamanda qlobal enerji təhlükəsizliyinə töhfələrini artıran etibarlı tərəfdaşdır.

“Bu gün Azərbaycan öz enerji müstəqilliyini möhkəmləndirməklə bərabər tərəfdaşlarının enerji balansını neft, təbii qaz və elektrik enerjisindən əlavə yaşıl mənbələrlə də şaxələndirəcək strateji addımlar atır,” - cənab Kamal Abbasov bildirib.

Qeyd edək ki, Hindistanın “Böyük İyirmilik” qrupuna (G20) sədrliyi çərçivəsində təşkil edilmiş iki günlük “Qlobal Cənubun Səsi” virtual zirvə görüşünə 12 yanvar 2023-cü il tarixində Baş nazir Narendra Modi tərəfinfən start verib. Sammit Asiya, Afrika və Cənubi Amerikanın inkişaf etməkdə olan ölkələrini “Səsin Birliyi, Məqsədin Birliyi” şüarı altında bir araya gətirərək öz perspektivlərini və prioritetlərini ümumi platformada bölüşmək imkanı yaradıb.

Sammit çərçivəsində ölkə liderlərinin iştirakı ilə təşkil olunmuş Açılış Sessiyasında çıxış edə Baş nazir Narendra Modi 2022-ci ildə dünyanın üzləşdiyi müharibə, iqlim dəyişikliyi ilə bağlı təbii fəlakətlər, COVID pandemiyasının davamlı iqtisadi təsiri və digər problemlərlə yanaşı, yanacağın qiymətlərinin artmasına toxunub.

O, həmçinin bildirib ki, dünya böhran vəziyyətindədir və bu qeyri-sabit vəziyyətin nə qədər davam edəcəyini proqnozlaşdırmaq çətindir.


“Hindistan həmişə öz inkişaf təcrübəsini Qlobal Cənubdakı qardaşları ilə bölüşüb. İnkişaf tərəfdaşlığımız bütün regionları və müxtəlif sektorları əhatə edir. Pandemiya zamanı 100-dən çox ölkəyə dərman və peyvəndlər tədarük etdik. Hindistan həmişə ortaq gələcəyimizin müəyyən edilməsində inkişaf etməkdə olan ölkələrə daha böyük rolun verilməsinin tərəfdarı olub”, - baş nazir əlavə edib.


O, həmçinin bildirib ki, dünya inklüziv və balanslaşdırılmış beynəlxalq gündəmi formalaşdırmaqla Qlobal Cənubun prioritetlərinə cavab verməli, “ortaq, lakin fərqli məsuliyyətlər” prinsipinin bütün qlobal çağırışlara şamil edildiyini qəbul etməli, bütün xalqların suverenliyinə, qanunun aliliyinə və fikir ayrılıqlarının və mübahisələrin sülh yolu ilə həllinə hörmət etməli və Birləşmiş Millətlər Təşkilatı da daxil olmaqla beynəlxalq təsisatları müasir dövrə daha da uyğunlaşdırmaq üçün islahatlar aparmalıdır.

Qeyd edək ki, “Qlobal Cənubun Səsi” zirvə görüşü iki gün ərzində ümumilikdə 10 sessiyanı əhatə edib və 120-yə yaxın ölkədən nümayəndəni bir araya toplayıb.

Dövlət və hökumət başçıları səviyyəsində həm açılış, həm də yekun iclaslarına Baş nazir Narendra Modi sədrlik edib. Açılış sessiyasının mövzusu “Qlobal Cənubun Səsi – İnsan Mərkəzli İnkişaf Naminə”, yekun sessiya isə “Səsin Birliyi, Məqsədin Birliyi” adlanıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər