Sizin Reklam Burada

Türkiyə Rusiya və Ukrayna arasında humanitar dəhliz açmaq istəyir

Türkiyə Rusiya və Ukrayna arasında humanitar dəhliz açmaq istəyirTürkiyə Rusiya və Ukrayna arasında humanitar dəhlizin açılmasını istəyir.

“Report”un Ankara bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç bildirib.

“Rusiyalı və Ukraynalı həmkarlarımızla görüşlərimiz qeyri-adi dərəcədə yaxşı keçdi. Ümid edirəm ki, yanvarın 12-də ortaq “yol xəritəsi” əldə olunacaq və bu nəticə bizi məmnun edəcək”, - Şərəf Malkoç vurğulayıb.

Ankarada təşkil olunan “XXI əsrdə insan hüquqlarının gələcəyi” adlı beynəlxalq konfrans çərçivəsində Rusiyanın İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova və Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Komissarı (Ombudsman) Dmitro Lubinets ilə keçirilən üçtərəfli görüşdən sonra mətbuata açıqlama verən Şərəf Malkoç bildirib ki, beynəlxalq konfransda aparılan müzakirələrin Rusiya və Ukrayna xalqları üçün faydalı olacağına ümid edir.

Müharibə qurbanlarının ən çox mülki əhali olduğunu təəssüflə vurğulayan Baş Ombudsman deyib ki, hərbi əməliyyatlar zamanı hər gün tonlarla bombanın partlamasına, çox sayda insanın həyatını itirməsinə, yaralanmasına, hər iki tərəfin də xeyli maddi-mənəvi zərərə məruz qalmasına hər kəsdən öncə insan hüquqları təşkilatları laqeyd qalmamalıdır:

“Hazırda bütün dünyanın diqqət mərkəzində olan Ukrayna Rusiya savaşının dayandırılması üçün lazım olan dəstəyi verməyə cəhd edirik. Zərərə məruz qalan mülki əhali arasında uşaqlar, qadınlar və qocalar da var. Rusiyadakı ukraynalılar və Ukraynadakı rusların dəyişdirilməsi üçün hər iki ölkənin ombudsmanları ilə məsləhətləşdik, yaralıların, uşaq və qadınların qarşılıqlı təxliyəsi və ya qarşılıqlı mübadiləsi haqqında, danışdıq. Bizim vasitəçiliyimizlə çox əhəmiyyətli görüş baş tutdu”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər