Sizin Reklam Burada

Peruda etirazçılar polisi öz avtomobilində diri-diri yandırıb

Peruda etirazçılar polisi öz avtomobilində diri-diri yandırıbPerunun Puno departamentində yerləşən Xuliaka şəhərinin hava limanında etirazçılar bir polis əməkdaşını avtomobilində diri-diri yandırıblar.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Baş nazir Alberto Otarola konqresdə çıxışı zamanı bildirib.

“Bir qrup nümayişçi iki polis əməkdaşının olduğu patrul avtomobilini saxlayıb. Biri döyülüb, ikincisi isə diri-diri yandırılıb”, - A.Otarola vurğulayıb.

O söyləyib ki, hökumət növbəti üç gün ərzində Puno departamentində komendant saatı tətbiq etmək qərarına gəlib.

Qeyd edək ki, Punoda yerləşən Xuliaka şəhərinin hava limanı yaxınlığında etirazçılarla polis arasında toqquşmalar yanvarın 6-da başlayıb. Nümayişçilər Prezident Dina Boluartenin istefasını və dövlət başçısı üçün yeni seçkilərin keçirilməsini tələb edirlər. Həkimlərin məlumatına görə, toqquşmalarda azı 17 nəfər ölüb, 52 nəfər yaralanıb.

2022-ci il dekabrın 7-də Prezident Pedro Kastilyonun hakimiyyətdən uzaqlaşdırılmasından sonra Peruda genişmiqyaslı etirazlar başlayıb. Onların iştirakçıları yolları bağlayıb, hava limanlarını zəbt ediblər, hakimiyyət və hüquq-mühafizə orqanlarının binalarına basqın ediblər. Ötən ilin dekabrında baş verən qarşıdurmalarda 30-a yaxın insan həlak olub, yüzlərlə insan yaralanıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər