Sizin Reklam Burada

Putin işğal etdiyi əraziləri geri qaytarmayacaq - Kondaliza Rays

Putin işğal etdiyi əraziləri geri qaytarmayacaq - Kondaliza RaysABŞ-ın keçmiş dövlət katibi Kondoliza Rays və Pentaqonun keçmiş rəhbəri Robert Qeyts “Vashinqton Post” qəzetində dərc olunmuş birgə məqalədə oxşar fikir bildiriblər.

Modern.az xəbər verir ki, məqalə “Zaman Ukraynanın tərəfində deyil” başlığı ilə dərc edilib.

Onların fikrincə, prezident Vladimir Putin Rusiyanın Ukrayna ilə müharibədə uduzmasına imkan verməyəcək.

Məqalə müəllifləri hesab edirlər ki, Rusiya lideri gələcəkdə Ukraynanın işğal olunmuş ərazilərindən Qərbə hücum üçün tramplin kimi istifadə etmək niyyətindədir.

Kondoliza Rays və Robert Qeyts Ukraynaya silah, o cümlədən mobil zirehli maşınların tədarükündə yardımın davam etdirilməsini zəruri hesab edirlər. Onlar iddia edirlər ki, hazırkı şəraitdə istənilən atəşkəs razılaşması Rusiya qüvvələrini hazırlaşdıqdan sonra işğala davam etmək üçün güclü mövqeyə çıxara bilər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər