25 nəfəri öldürmüşəm - Britaniya şahzadəsindən etiraf
Dərc olunub:
6-01-2023, 10:33
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının şahzadəsi Harri Əfqanıstandakı xidmət dönəmində 25 nəfəri öldürdüyünü etiraf edib.
Modern.az "The Telegraph"a istinadən xəbər verir ki, bu barədə şahzadənin hələ çapdan çıxmamış memuarlarında yazılıb.
O, Əfqanıstandakı döyüşlərdə öldürdüyü Talibançıları "yaxşıları öldürməyə imkan tapmadan öldürülən pislər" adlandırıb.
"Ölkəmə bütün bədən üzvlərimlə qayıtmağı arzulayırdım, amma bundan da çox vicdanı rahat şəkildə geri dönmək istəyirdim", - deyə Harri yazıb.
Qeyd edək ki, şahzadə Harri 2007-2008 və 2012-2013-cü illərdə Əfqanıstanda xidmət keçib.