Sizin Reklam Burada

ABŞ hərbi gəmisi Tayvan boğazında - Çin reaksiya verdi

ABŞ hərbi gəmisi Tayvan boğazında - Çin reaksiya verdiABŞ hərbi donanmasına aid "USS Chung-Hoon" gəmisi Çinlə Tayvan adasını ayıran Tayvan boğazından keçib.

ABŞ tərəfi bununla bağlı məlumat yayıb.

Bildirilib ki, bu, tamamilə beynəlxalq hüquqa uyğundur.

"ABŞ Silahlı Qüvvələri beynəlxalq hüququn icazə verdiyi yerlərdə uçmağa, yelkən açmağa, əməliyyatlar keçirməyə davam edəcək", - deyə məlumatda bildirilib.

Çin tərəfindən verilən açıqlamada isə gəminin təsbit edildiyi, onun boğazdan keçməsinin izləndiyi və bütün ehtimallara tam hazır olduqları vurğulanıb.

Qeyd edək ki, son vaxtlar Tayvan adası ətrafında hərbi-siyasi gərginlik artmaqdadır. Ötən əsrin 40-cı illərində vətəndaş müharibəsi zamanı kommunistlərin devirdiyi hökumət adada Çin Respublikası adı ilə fəaliyyətini davam etdirir. Rəsmi Pekin isə (Çin Xalq Respublikası) bir müddət ölkəni BMT-də təmsil edən bu hakimiyyəti tanımır və Tayvan adasını öz ərazisi hesab edir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər