Sizin Reklam Burada

Zelenski Putinin atəşkəs çağırışına cavab verdi

Zelenski Putinin atəşkəs çağırışına cavab verdiUkrayna prezidenti Volodimir Zelenski Rusiyanın atəşkəs təklifinə münasibət bildirib.

Avrasiya.net xəbər verir ki, bu barədə o, gecə videomüraciəti zamanı danışıb.

Ukrayna lideri hesab edir ki, Putin atəşkəs bəhanəsi ilə Ukraynaya və Avropaya qarşı yeni təcavüz dalğasına hazırlaşır.

Zelenskinin sözlərinə görə, Rusiya təmas xəttində öz mövqelərini möhkəmləndirmək üçün atəşkəs rejimindən istifadə etmək niyyətindədir.

“Onlar Donbasda bizim oğlanların irəliləyişini bir müddət dayandırmaq, texnika, sursat və səfərbərlik qüvvələrini mövqelərimizə yaxınlaşdırmaq üçün Milad bayramından pərdə kimi istifadə etmək istəyirlər", - deyə Zelenski vurğulayıb.

Xatırladaq ki, bu gün Prezident Vladimir Putin Rusiya müdafiə naziri Sergey Şoyquya Ukraynada bütün cəbhəboyu atəşin dayandırılması barədə göstəriş verib. Milad bayramı ilə əlaqədar elan edilən atəşkəs rejimi yanvarın 6-ı yerli vaxtla saat 12:00-dan yanvarın 7-i saat 00:00-a qədər qüvvədə olacaq.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər