Bağdadda Yeni il gecəsi 150 nəfər xəsarət alıb
Dərc olunub:
2-01-2023, 06:25
İraqın paytaxtı Bağdad şəhərində Yeni il gecəsi atəşfəşanlıq və atışma nəticəsində ən azı 150 nəfər yaralanıb.
Bu barədə İraq Səhiyyə Nazirliyinin sözçüsü Seyf əl-Bədr məlumat verib.
Onun sözlərinə görə, 150 nəfərdən ən azı 20-si gözündən xəsarət alıb: “Hazırda ölüm faktı yoxdur. Daha sonra nazirlik ölkənin bütün əyalətləri üzrə xəsarət alanların statistikasını dərc edəcək”.