star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Aİ, ABŞ, BMT “Taliban”ı qadınların QHT-lərdə işləməsinə icazə verməyə çağırıb

Aİ, ABŞ, BMT “Taliban”ı qadınların QHT-lərdə işləməsinə icazə verməyə çağırıbOn iki ölkənin xarici işlər nazirləri, o cümlədən ABŞ Dövlət Departamenti, eləcə də Aİ-nin xarici siyasət xidmətinin rəhbəri Əfqanıstanın radikal “Taliban” hərəkatının yaratdığı müvəqqəti hökuməti qadınların qeyri-hökumət təşkilatlarında iş yerlərindən çıxarılması qərarını ləğv etməyə çağırıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti tərəfindən yayılan və digər ölkələrin və Aİ nümayəndəsinin birgə bəyanatında deyilir.

Qeyd edilir ki, Avstraliya, Böyük Britaniya, Almaniya, Danimarka, İtaliya, Kanada, Niderland, Norveç, ABŞ, Fransa, İsveçrə, Yaponiya xarici işlər nazirləri və Aİ-nin xarici siyasət rəhbəri “Taliban”ın ehtiyatsız və təhlükəli iş qadağasından ciddi narahatdırlar. Xarici işlər nazirləri bu qadağanın yaşamaq üçün humanitar yardımdan asılı olan milyonlarla əfqanı təhlükə altına qoyduğunu bildiriblər. “Biz “taliblər”i bu qərarı dərhal ləğv etməyə çağırırıq”, - birgə bəyanatda deyilir.

Birləşmiş Millətlər Təşkilatı (BMT) baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı, təşkilatın Qaçqınlar üzrə Ali Komissarlığı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), BMT-nin Ümumdünya Ərzaq Proqramı, YUNİSEF, ÜST və digər qlobal təşkilatların rəhbərləri də Əfqanıstanda hakimiyyətdə olan “Taliban”ı qadınların humanitar QHT-lərdə işləməsinə icazə verməyə çağırıb.

Təşkilatlar de-fakto Əfqanıstan hakimiyyətini qadınların təhsil müəssisələrində iştirakını və ictimai həyatda iştirakını qadağan edən, bu və bütün digər direktivləri nəzərdən keçirməyə, ləğv etməyə çağırıblar. BMT qurumlarının rəhbərləri vurğulayıblar ki, heç bir dövlət ölkə əhalisinin yarısını cəmiyyətdə iştirakdan kənarlaşdıra bilməz.

Sənədin müəllifləri qeyd ediblər ki, Əfqanıstanın hazırkı hökumətinin qadınların humanitar qeyri-hökumət təşkilatlarında işləməsini qadağan etmək qərarı dövlətin həssas təbəqələrinə, qadınlara, uşaqlara və bütün ölkəyə ciddi zərbədir.

Bundan əvvəl “Taliban” radikal islamçı hərəkatının nümayəndələri Əfqanıstandakı bütün yerli və beynəlxalq QHT-lərə qadın əməkdaşları işlərini dayandırmağı tapşırıblar.

Məlumata görə, onların işi “sonrakı xəbərdarlığa qədər” dayandırılmalıdır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər