Sizin Reklam Burada

Müharibənin 300 günü: Rusiya mifi məhv oldu

Müharibənin 300 günü: Rusiya mifi məhv olduArtıq Rusiyanın Ukraynaya təcavüzündən 300 gün ötür. İlk günlərdə Rusiya qarşısına ən qısa müddətdə paytaxt Kiyevi və digər önəmli şəhərləri tutmaq hədəfi qoysa da, buna nail ola bilmədi.

Bu sözləri Axar.az-a Ukrayna müharibəsinin 300-cü günü ilə bağlı mövcud vəziyyət və prosesin gedişatı haqqında danışan Ankara Universitetinin professoru Toğrul İsmayıl deyib.

Professor müharibə zamanı Rusiyanın gücü haqqında deyilənlərin bir çoxunun əslində mif olduğunun ortaya çıxdığını qeyd edib:

“Biz müharibə ərzində Rusiya Silahlı Qüvvələrinin gücü haqqında deyilənlərin mif olduğunu, əslində daxildə ciddi problemlərin yaşandığını gördük. Digər tərəfdən müharibənin uzanması dünya iqtisadiyyatına ciddi şəkildə zərər vurur və postsovet məkanındakı siyasi proseslərə də öz təsirini göstərir. Rusiya Xerson kimi strateji önəmə sahib şəhərdən geri çəkilməyə məcbur oldu, eyni zamanda ölkə tarixində üçüncü dəfə səfərbərlik elan edildi (ilk iki səfərbərlik Birinci və İkinci Dünya müharibələri dövründə elan olunub). Rəsmi Moskva NATO-nun genişlənməsinin qarşısını almağı hədəfləmişdi, lakin məqsədinə çata bilmədi, təşkilat daha da gücləndi. Diqqət çəkən əsas məqamlardan biri isə odur ki, Rusiya Çin və özünə yaxın gördüyü digər ölkələrdən istədiyi dəstəyi ala bilmədi. Rusiya Ukraynanın dörd əyalətini müharibə ərzində ilhaq etməklə özünü daha da çətin vəziyyətə saldı. İlhaqda məqsəd Ukraynanı danışıqlar masasına gətirmək və ən az itki ilə müharibədən çıxmaq idi. Lakin bu da mümkün olmadı”.

Toğrul İsmayıl Belarusun müharibəyə qatılma ehtimalının yüksək olduğunu vurğulayıb:

“İndi Rusiya çıxış yolu axtarır və bunlardan biri də Belarus ərazisindən yeni cəbhənin açılmasıdır. Fikrimcə, Minskin müharibəyə qatılma ehtimalı yüksəkdir. Çünki Aleksandr Lukaşenko hazırki məqamda tamamilə Vladimir Putindən asılı vəziyyətdədir. Belarusun müharibəyə qatılması konfliktin daha da uzanacağı və şiddətli hal alacağı mənasına gəlir. Üstəlik nüvə silahından istifadə ehtimalı da aradan qalxmayıb. Rusiyanın daxilinə gəldikdə isə onu deyə bilərəm ki, cəmiyyət artıq müharibəyə birmənalı yanaşmır. Krımın işğalı zamanı olan xalq dəstəyi indi yoxdur. İnsanlar müharibəyə getməmək üçün öz ölkələrindən qaçırlar. Bu da yeni miqrasiya dalğasını ortaya çıxartdı. Adətən biz hücum edilən ölkənin əhalisinin ölkədən qaçdığının şahidi olmuşuq, lakin Rusiyada əhali öz dövlətinin başladığı müharibəyə qatılmamaq üçün ölkəni tərk etməyə çalışır. Tətbiq olunan geniş sanksiya paketlərini, daxildəki əhval-ruhiyyəni, müharibə meydanındakı vəziyyəti və digər amilləri nəzərə aldığımız zaman qarşıda Rusiyanı ağır günlərin gözlədiyini deyə bilərik”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər