Sizin Reklam Burada

Ərəb mətbuatı Azərbaycanın Zəfər Günü bayramına geniş yer ayırıb

Ərəb mətbuatı Azərbaycanın Zəfər Günü bayramına geniş yer ayırıbƏrəb ölkələrinin qəzet və portallarında 8 Noyabr – Azərbaycanın Zəfər Günü haqqında məqalələr dərc edilib.

AZƏRTAC xəbər verir ki, Misir, Əlcəzair, Səudiyyə Ərəbistanı, Suriya, İordaniya, İraq və Livanın “Rayetmısr”, “Yeni dünya xəbərləri”, Əxbar Əl Yom”, “Asiaelyoum”, “Nayrouz”, “Qarb” və s. qəzet və portallarında Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, tədqiqatçı-alim Seymur Nəsirovun Zəfər Gününə həsr olunmuş geniş məqaləsi yayımlanıb. Müəllif qeyd edib ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin təmkinli və müdrik siyasəti sayəsində güclü iqtisadi potensial və qüdrətli Orduya malik olan Azərbaycan Silahlı Qüvvələri cəmi 44 gün ərzində işğalçı Ermənistanı kapitulyasiya aktı imzalamağa məcbur etdi. Misir ictimaiyyətinin diqqətinə çatdırılıb ki, rəsmi Bakı müharibədən sonra Cənubi Qafqaz regionunda yaranmış yeni reallıq fonunda sülhpərvər missiyasını davam etdirir və işğaldan azad olunmuş ərazilərində ermənilərin viran qoyduqları şəhər və kəndləri, o cümlədən məscidləri bərpa edir.

Küveytin “Dasman” nəşrində dərc olunmuş “Prezident İlham Əliyev Azərbaycanı Zəfərə qovuşdurdu” sərlövhəli məqalədə 44 günlük Vətən müharibəsində şanlı Ordumuzun tarixi Qələbəsi, dövlətimizin başçısının uzaqgörən siyasəti və böyük sərkərdəlik məharətindən bəhs edilib. Yazıda diqqətə çatdırılıb ki, işğalçı Ermənistan üzərində Qələbə qazanan Azərbaycanın azad olunmuş ərazilərində irimiqyaslı bərpa-quruculuq işləri aparılır və 30 il əvvəl doğma yurdlarından didərgin düşmüş azərbaycanlılar öz evlərinə qayıdırlar.

İordaniyanın “Əl Ənbat” qəzeti və “Nayrouz” agentliyinin saytında Zəfər Günü ilə bağlı Azərbaycanın bu ölkədəki səfiri Eldar Səlimovun məqaləsi yayımlanıb. Diplomat İkinci Qarabağ müharibəsində Ordumuzun şanlı Zəfəri, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanın müdrik siyasəti, rəsmi Bakının regionda dayanıqlı sülhə nail olunması və nəqliyyat dəhlizlərinin açılması istiqamətində səyləri barədə ətraflı məlumat verib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər