ABŞ İrana yeni sanksiya tətbiq etdi
Dərc olunub:
4-11-2022, 12:30
Amerika Maliyyə Nazirliyi beynəlxalq neft qaçaqmalçılığı şəbəkəsinin üzvlərinə, o cümlədən SEPAH-ın Qüds qüvvələrinə və Livan Hizbullahına gəlir gətirən onlarla şəxs, şirkət və tankerə sanksiya tətbiq etdiyini açıqlayıb.
Avrasiya.net xəbər verir ki, ABŞ-ın yeni sanksiyaları İran, İsveçrə, Birləşmiş Ərəb Əmirlikləri, Sinqapur, Türkiyə və Marşal adalarında bir neçə şirkəti də hədəf alıb.
Sanksiyalara məruz qalan şəxslərin və şirkətlərin Amerikadakı aktivləri bloklanıb və onlarla ticarət etmək qadağan edilib.