Səudiyyəyə dron hücumu - 12 nəfər yaralanıb
Dərc olunub:
11-02-2022, 09:27
Səudiyyə Ərəbistanının Abha hava limanına Yəmən ərazisindən edilən dron hücumu nəticəsində 12 nəfər yaralanıb.
Modern.az rəsmi SPA agentliyinə istinadla xəbər verir ki, Yəməndə husi qiyamçıları ilə mübarizə aparan ərəb koalisiyası dronun məhv edildiyini, onların qalıqlarının aeroportun ərazisinə düşməsi nəticəsində müxtəlif ölkələrdən olan insanların yaralandığını bildirib.
Abha hava limanı Səudiyyə Ərəbistanının Yəmənlə sərhədində yerləşir və vaxtaşırı olaraq husi qiyamçılarının raket və dron hücumlarına məruz qalır. Ötən ilin avqustunda bu bölgəyə raket hücumu nəticəsində 8 nəfər yaralanmışdı.