Sizin Reklam Burada

Hindistan 2022-2023-cü illərin büdcəsindən xarici yardımlar üçün ayırdığı vəsaiti açıqlayıb

Hindistan 2022-2023-cü illərin büdcəsindən xarici yardımlar üçün ayırdığı vəsaiti açıqlayıbHindistan 2022-2023-cü illər üçün dövlət büdcəsindən Əfqanıstana 2 milyard rupi (45 milyon manat) həcmində maddi yardım ayırıb.

Bu barədə məlumatı, jurnalist Sidhant Sibal öz Tvitter səhifəsində paylaşıb.

Onun bildirdiyinə görə, bu rəqəm 2021-22-ci illərin büdcəsində nəzərdə tutulmuş 3,5 milyard rupi (79 milyon manat) ilə müqayisədə azalma deməkdir.

Məlumata görə, Hindistanın Myanma (136 milyon manat), Maldiv adaları (təxminən 82 milyon manat), Banqladeş (68 milyon manat) və Monqolustan (2 milyon manat) üçün ayırdığı yardımlarda artım müşahidə edilib.

Bununla belə, Hindistanın Butan (təxminən 22,6 milyard manat), Nepal (169 milyon manat) və Seyşel adalarına (təxminən 3,2 milyon manat) ayırdığı yardımlarda azalma baş verib.

Hindistandan Şri-Lankaya (45 milyon manat), Mavrikiyə (204 milyon manat) və Çabahar limanı layihəsinə edilən yardımlarda isə heç bir dəyişiklik müşahidə olunmayıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər