Sizin Reklam Burada

Ukrayna Azərbaycanlıları Radasının qurultayı keçiriləcək

Ukrayna Azərbaycanlıları Radasının qurultayı keçiriləcəkKiyevdə Diasporla İş üzrə Dövlət Komitəsi (DİDK) əməkdaşlarının iştirakı ilə Ukrayna Azərbaycanlıları Radası (UAR) İdarə Heyətinin görüşü keçirilib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsndən məlumat verilib.

Görüşdən əvvəl iştirakçılar Ukrayna paytaxtında ulu öndər Heydər Əliyevin adını daşıyan parkda abidəsini ziyarət ediblər, əklil və gül dəstələri düzüblər.

Sonra UAR-ın qərargahında keçirilən iclasda təşkilatın fəaliyyəti, qarşıda duran vəzifələr müzakirə edilib. DİDK-nın Aparat rəhbəri Daşqın Rəcəbli UAR-ın fəaliyyətini, xüsusilə pandemiya və Vətən müharibəsi dövründə gördüyü işləri yüksək qiymətləndirib. Qeyd edib ki, təşkilat pandemiya ilə əlaqədar qapanmalar nəticəsində Ukraynada çarəsiz qalmış 700-dək soydaşımıza Komitənin də yardımı ilə dəstək göstərib, onları yer və ərzaqla təmin edib. Ümumilikdə həmin dövrdə Dövlət Komitəsi 7 mindən çox vətəndaşımızın xarici ölkələrdən Azərbaycana təxliyəsi prosesində iştirak edib.

Bundan başqa, 44 günlük Vətən müharibəsi dövründə də dünyadakı bütün soydaşlarımız və diaspor təşkilatlarımız kimi, Ukraynadakı icmamız da istər informasiya savaşına, istərsə də ordumuza böyük maddi-mənəvi dəstəyini göstərməklə hər iki cəbhədə qazandığımız qələbəyə öz töhfəsini verib. Müharibədən sonra isə Ukraynadakı diasporumuz şəhid ailələri və qazilərimiz üçün “Yaşat Marafonu”na ən çox vəsait köçürən beş ölkədəki icmadan biri olub.

Görüşdə UAR-ın bundan sonra da səmərəli fəaliyyətini təmin etmək məqsədilə təşkilatlanma və birləşmə prosesinin davam etdirilməsinin vacibliyi vurğulanıb. UAR-ın həmsədrləri Oleq Krapivin, Hikmət Cavadov və İdarə Heyətnin üzvləri çıxış edərək, gələn ilin birinci yarısında Radanın təsis qurultayından sonra ilk hesabat-seçki qurultayının keçirilməsini təklif ediblər. Eyni zamanda növbəti ildə təşkilatlanma ilə yanaşı, təbliğat işinin gücləndirilməsi, lobbiçilik, soydaşlarımızın inteqrasiyası, hüquqlarının qorunması və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, təkliflər müzakirə edilib və bir sıra vacib qərarlar qəbul olunub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər