Sizin Reklam Burada

ÜST rəhbəri: "Həyatımız naminə bayram şənliyini ləğv edək"

ÜST rəhbəri: "Həyatımız naminə bayram şənliyini ləğv edək""Son vaxtlar koronavirusun “Omikron” ştamının sürətlə yayılması qarşıdan gələn Milad və Yeni il bayramları ilə bağlı bəzi şənliklərin ləğv edilməsi zəruriliyini ortaya çıxarır".

“Report” BBC-yə istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus bildirib.

“Həyatın yarımçıq qalmasındansa bayram tədbiri ləğv edilsə yaxşıdır”,- deyən təşkilat rəhbəri “Omikron” variantının “Delta”dan daha sürətlə yayıldığının birmənalı olduğunu söyləyib.

Onun sözlərinə görə, hamımız bu pandemiyadan cana doymuşuq: "Hamımız dostlarla, ailəmizlə vaxt keçirmək istəyir, işlərin normaya qayıtmasını arzulayırıq. Bunun ən qısa yolu hamımız üçün, liderlərdən tutmuş fərdi şəxslər üçün özümüzü və ətrafdakılarımızı qoruyacaq çətin qərar verməkdən keçir. Bəzi hallarda, bu, tədbirləri ləğv etmək, yaxud təxirə salmaq deməkdir. İndi şənlənib sonra kədərlənməkdənsə indi şənliyi təxirə salıb başqa vaxt keçirmək daha yaxşıdır”.

O, gələn ilin ortalarınadək hər ölkədə əhalinin 70 faizinin peyvənd olunacağı halda pandemiyanın 2022-ci ildə qurtaracağını vurğulayıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər