Konqres qarşısında Ermənistana etiraz: Təcavüzkar...
Dərc olunub:
21-07-2020, 15:08
ABŞ-da yaşayan bir qrup azərbaycanlı Konqres binasının önündə etiraz aksiyası keçirib.
Avrasiya.net xəbər verir ki, aksiya zamanı Ermənistanın Azərbaycana qarşı son hücumlarına etiraz edilib.
Məlumata görə, aksiyada “Qarabağ Azərbaycanındır”, “Təcavüzkar Ermənistan”, “Dinc sakinləri öldürməyi dayandır” kimi şüarlar səsləndirilib.