Sizin Reklam Burada

ABŞ-ı etiraz aksiyaları bürüdü: İrandan əl çək!

ABŞ-ı etiraz aksiyaları bürüdü: İrandan əl çək!
ABŞ-ın müharibələrdə iştirakına qarşı çıxan 10-dan çox hərəkatın tərəfdarları Ağ Ev qarşısında aksiya təşkil edib.

Axar.az xəbər verir ki, aksiyada “CodePink” antihərbi hərəkatının üzvləri və “Müharibəni dayandırmaq və iqrçiliyə son qoymaq üçün indi hərəkətə keç” (ANSWER) qrupunun üzvləri iştirak edib.

Aralarında İranın ABŞ-dakı diasporunun nümayəndələri də olan etirazçılar ABŞ hökumətini hər hansı bir hərbi fəaliyyətdən və İrana qarşı sanksiyalardan imtina etməyə çağırıb.

“ABŞ Prezident Administrasiyası və Pentaqon general Qasım Süleymaninin öldürülməsi ilə İranla müharibənin başlanmasına yaxınlaşdılar. Birləşmiş Ştatlar xalqı ayağa qalxıb bunu dayandırmasa, müharibə bütün bölgəni bürüyə və bu, qlobal münaqişəyə çevrilə bilər”, - deyə etirazçıların müraciətində qeyd edilib.

Eyni zamanda, ölkədə 70-ə yaxın bənzər aksiya, o cümlədən, Nyu Yorkdakı "Tayms-Skver", Çikaqodakı "Tramp Tauer" qarşısında da keçirildiyi bildirilir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər