Sizin Reklam Burada

Avropa təşvişdə: Fransa və Böyük Britaniya vətəndaşlarına xəbərdarlıq etdi

Avropa təşvişdə: Fransa və Böyük Britaniya vətəndaşlarına xəbərdarlıq etdi
Böyük Britaniya və Fransa Bağdadda iranlı general Qasım Süleymaninin öldürülməsi ilə əlaqədar öz vətəndaşlarına xəbərdarlıq edib.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, Böyük Britaniya Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını İran və İraqa səyahət etməkdən çəkinməyə çağırıb.

Qurumun yaydığı bəyanatda deyilir:

"Qasım Süleymaninin ölümü və bölgədə gərginliyin artmasından sonra İraqa və İrana səfərlərlə əlaqədar tövsiyələrimizi yeniləmək qərarına gəldik. İndi Britaniya vətəndaşlarına İraqa səfər etməkdən tamamilə çəkinmələrini tövsiyə edirik. Yalnız kürd bölgəsinə, o da çox vacib olduğu halda, səfər etmək məsləhətdir. Xüsusi zərurət olmadığı təqdirdə İrana getməməyinizi də tövsiyə edirik. Həmçinin Britaniya vətəndaşlarını ayıq və diqqətli olmağa, medianı izləməyə çağırırıq".

Fransanın Tehrandakı səfirliyi isə İrandakı vətəndaşlarına ictimai yerlərdən uzaq durmaları üçün xəbərdarlıq etdi.

Səfirliyin bəyanatında "General Süleymaninin ölümündən sonra 3 günlük matəm elan edildi. Bu səbəblə Fransa vətəndaşlarına izdihamlı yerlərdən uzaq olmağa, ehtiyatlı davranmağa və ictimai yerlərdə fotoşəkil çəkdirməməyə çağırırıq" deyə bildirildi.



Qeyd edək ki, yanvarın 3-də Pentaqon İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusunun "Qüds" xüsusi təyinatlılarının komandiri general Qasım Süleymaninin Bağdad hava limanının yaxınlığında raket zərbəsi ilə məhv edildiyini açıqlayıb. ABŞ Müdafiə Nazirliyi aviazərbələrin prezident Donald Trampın göstərişi əsasında endirildiyini bəyan edib. ABŞ administrasiyası əməliyyatın Yaxın Şərqdə yerləşən amerikalı hərbçilərin qorunmasına yönəldildiyini və özünümüdafiə xarakteri daşıdığını bildirib.



Bu hücumdan sonra İran Ali Milli Təhlükəsizlik Şurası təcili iclasın yekununda Süleymanini öldürənlərdən qisas alınacağını vəd edib. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif BMT Baş katibi Antoniu Quterriş ilə telefon danışığında hücumu ABŞ tərəfindən edilmiş terror adlandırıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər