Kulik

“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli:

“3 iyul - Beynəlxalq polietilen paketsiz günü kimi qeyd olunur. Bu günün qeyd olunması polietilen torbaların, plastik qabların zərərini anlatmaq, insanları ətraf mühitin qorunması işinə təşviq etmək məqsədi daşıyır. Bu çağırış ona yönəlib ki, insanlar təhlükəni dərk etsin və gələcəyə təmiz ətraf mühit, yaşana bilən bir planet buraxaq. Plastik qablardan istifadə son 30 ildə daha çox artıb.
1960-cı illərə qədər bərk məişət tullantılarının tərkibində plastik tullantıların miqdarı 1 faiz idi. İndi isə bu rəqəm 12 faizdən çoxdur. polietilen torbalar, plastikdən düzəldilmiş qablar, stəkanlar və digər məşiət əşyaları insanları işini asanlaşdırır. Bazarlıq edərkən istehlakçılar daha çox plastik torbalara üstünlük verirlər. Çünki plastik torbaları market özü təklif edir və onları daşımaq asandır. Plastik boşqablar, stəkanlar, çəngəllər isə daha çox pik-nik yerlərində, təbiət qoynunda istirahət məkanlarında istifadə olunur. İş yerlərində də, ayaqüstü nahar zamanı da plastik qablar köməyə gəlir. Lakin insanlar bir şeyi unudur ki, polietilen torbalar, plastik qablar təbiətdə yüzillər ərzində çürümür.
Polietilen torbalar təkcə ekosistemə, mikroorqanizmlərə zərər vurmur, eyni zamanda insanlar üçün də təhlükəlidir. Plastik paketlərin tərkibi qarışıqdır, yüzlərlə kimyəvi birləşmənin nəticəsində əldə edilir. İnsan orqanizmində müxtəlif xəstəliklərin yaranmasına səbəb olan polietilen qabların üzərinə toplaşan bakteriyalar onda daşınan, saxlanan ərzaqların keyfiyyətinə də təsir edir. Bu qablarda müxtəlif göbələklərin inkişafı üçün əlverişli mühit yaranır. Statistik məlumatlara görə, hər il dünyada 4 trilyon paket istifadə olunur, hər 1 dəqiqədə 1 milyon polietilen torba zibil qutusuna atılır. Onlar torpaqda 80-90 il qalır, çürümək bilmir və olduqca böyük ziyan vurur.
Bir sıra Avropa ölkələri artıq polietilen torbalardan, plastik qablardan istifadəni məhdudlaşdırıb. Azərbaycan da qabaqcıl təcrübədən istifadə etməyə başlayıb.
2021-ci il yanvarın 1-dən etibarən qalınlığı 15 mikronadək olan polietilen torbaların sahibkarlar tərəfindən istehsalı və idxalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması qadağandır. Ölçüsü 15-50 mikron olan polietilen torbalar ayrıca məhsul növü kimi müştərilərə satılır. Supermarketlərdə, mağazalarda iriölçülü polietilen torbalar 5 qəpiyə, daha kiçikləri isə 3 qəpiyə təklif edilir. Bəzi tənqidçilər hesab edir ki, polietilen torbaların satılması ondan istifadəni azaltmayıb, əksinə işbazları varlandırıb, onlar üçün əlavə qazanc qapısı açıb. Fikrimcə, Nazirlər Kabinetini 2021-ci il 1 yanvar qərarı təqdir olunmalıdır. Bu qərar politetilen torbalardan istifadəni əhəmiyyətli dərəcədə azaldıb. Mütəxəssislər hesab edir ki, ölkəmizdə alış-veriş zamanı polietilen torbalarının ödənişli olmasına dair qərarın tətbiqindən sonrakı həmin torbalardan istifadə xeyli azalıb. Başqa ölkələrin təcrübəsində bu var və azalma müşahidə edilir. Bəzi ölkələrdə politetilen torbalardan istifadə hətta 8- faizə qədər azalıb. Əslində polietilen torbaların, plastik qabların istehsalı tamamilə məhdudlaşdırılsa yaxşı olar. Doğrudur, bu məmulatlar xırda sexlərdə, istehsal müəssisələrində hazırlanıb. Biz tullantıların təkrar emalını təşviq edirik. Çünki bu həm məişət tullantılarını idarəolunmasını asanlaşdırır, ətraf mühitin çirklənməsinin qarşısını alır, həm də yeni iş yerlərinin açılması deməkdir. Amma polietilen torbaların, plastik qabların təbiətə yaxın və uzunmüddətli zərərini nəzərə alaraq onların istehsalının tamamilə minimuma endirilməsi yaxşı olardı. İnsanlar 40-50 il əvvəl bazarlığa gedəndə həsir, parça çantalardan, kağız torbalardan istifadə edirdilər. Yeri gəlmişkən, həmin materiallardan hazırlanmış torbalarda ərzağa, meyvə-tərəvəzə heç bir zərər gəlmir, keyfiyyəti olduğu kimi qalırdı. Xüsusən tez əzilən meyvələr: üzüm, çiyələk, gilas, albalı, şaftalı həsir çantalarda daşınır. 50 il qabaq demək olar ki, hər evdə həsir çantalar var idi. Əksər insanlar dükana-bazara gedəndə həsir, parça çantaları özləri ilə daşıyır və içərisini dolduraraq geri dönürdülər. O böyük çantaların daşınması kimdəsə mənfi emosiya, aşağılıq kompleksi yaratmırdı. Çox təəssüf ki, insanlar indi daha asana qaçmağı seçir, ekoloji çantalardansa plastik qablara, sellofan torbalara üstünlük verirlər.
Yaxşı olar ki, insanlarda ekoloji şüurun formalaşdırılması məqsədilə maarifləndirmə tədbirlər təşkil olunsun. Ekoloji tərbiyə xüsusilə erkən yaşlardan başlansa yaxşı olar. Biz ekoloji tərbiyəyə uşaq bağçasından başlamalıyıq. Özü də bu işlə təkcə media, ictimai təşkilatlar məşğul olmalı deyil. Hamı bu işə səfərbər olmalıdır. Yaşıl nəqliyyatı da, ekoloji çantaları da məşhur sənətçilər, aparıcılar, müğənnilər populyarlaşdırmalıdır. İnkişaf etmiş Qərb ölkələrində ekoloji aksiyaların önündə Hollivud ulduzları, məşhur futbolçular gedir. Onlar ağacəkmə aksiyalarına çıxır, qollarını çırmalayıb xüsusi geyimlərdə təmizlik tədbirlərində iştirak edirlər. Siz görmüsüz, hansısa azərbaycanlı xalq artisti, xalq rəssamı, xalq yazıçısı ətraf mühitin məişət tullantılarından təmizlənməsi aksiyasında iştirak etsin? Mümkün deyil. Bizimkilər bunu özlərinı sığışdırmazlar. Halbuki bu cür aksiyalarda tanınmışlar başda olmalıdır. Çünki ən ən yaxşı tərbiyə nümunədir. Ünlülər nümunə göstərsələr, sadə insanlar da bu aksiyalara qoşular.
İnsanların şüurunda qalıcı təsir buraxan vasitələrdən, alətlərdən istifadə olunmalıdır. Məsələn, müharibə, soyqırım, terror, mina təhlükəsi, uşaq ölümləri ilə bağlı təsirli aksiyalar, flaş-moblar təşkil edilir. Bu cür tədbirlər insanlara mənəvi, psixoloji təsir. Təcrübə göstərir ki, bu cür aksiyalar çəkindirici alətlərdən, cərimələrdən daha təsirli olur.
Məktəblərdə, ali təhsil ocaqlarında maarifləndirici tədbirlər keçirmək, sərgilər təşkil etmək, çağdaş informasiya kommunikasiya texnologiyalarının imkanlarından yararlanaraq video-materiallar, foto-slaydlar hazırlamaq olar. İnsanların gur olduğu yerlərdə polietilen torbaların, plastik qabların insana, canlılara, təbiətə vurduğu zərərin fəsadlarının əks etdirən flaş-moblar, aksiyalar təşkil etməkdə fayda var. Yaxşı olar ki, imkanlı fondlar, ictimai təşkilatlar, iş adamları bir aksiya təşkil etsin, ekoloji torbalar paylansın.
Həsir, parça çantalar, kağız torbaların istehsalı artmalıdır. Maarifləndirici aksiyalar qısa müddətdə təsirini göstərəcək, effekt verəcək, insanlarda
alış-veriş mədəniyyəti formalaşacaq. Hesab edirəm ki, maarifləndirici tədbirlər azdır, hətta polietilen torbalara, plastik qablara görə müəyyən çəkindirici alətlərdən də istifadə etmək olar.
Xatırladım ki, bir sıra inkişaf etmiş ölkələrdə polietilen torbalardan istifadə məhdudlaşdırılıb. İngiltərə, Yeni Zelandiya, ABŞ-da ərzaq məhsuları kağız torbalarda daşınır. Tayvan, Keniya, Uqanda, Fransa, Latviyada polietilen paket ümumiyyətlə yasaqlanıb. Qonşu Gürcüstanda da artıq plastik qablardan, sellafon torbalardan istifadə edilmir.
Biz bu yaxınlarda təbiətsevər dostlarla Abşeron yarımadasının uzaq cənub şərq qurtaracağında yerləşən Şah Dili adlanan əraziyə getmişdik. Qeyd edim ki, ərazi inzibati cəhətdən Bakı şəhəri Zirə qəsəbəsi ərazisinə daxildir. Ərazidə, bütünlüklə Abşeron Milli Parkında gördüklərimizdən zövq aldıq. Ətraf tər-təmiz, neçə kilometr məsafə qət edirsən, ətrafda bir dənən də olsun polietilen torba, plastik tullantıya rast gəlmək mümkün deyil. Halbuki ərazi turistlərin ən çox ziyarət etdiyi məkanlardandır. Deməli, bu cür gözəlliyi istənilən yerdə yaratmaq olar.
Sədri olduğum “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin də üzv olduğu “Yaşıl Azərbaycana Doğru" Vətəndaş Cəmiyyəti Koalisiyası yaxın vaxtlarda “Polietilen torbalara yox” adlı aksiya keçirməyi palnlaşdırır. Məqsədimiz bu torbaların insan orqanizminə, canlı aləmə zərər vurduğunu ablatmaq, ekoloji çantaları təşviq etməkdir. Aksiyada daha təsirli vasitələrdən istifadə etməyi düşünürük.

Hüquq-mühafizə orqanları ölkədə hakimiyyətin ələ keçirilməsinin qarşısını alıblar.

Axar.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Hüquq-mühafizə orqanlarının əməkdaşları kriminal oliqarx dindarların Ermənistanda sabitliyi pozmaq və hakimiyyəti ələ keçirmək məqsədilə irimiqyaslı və bədnam planının qarşısını alıblar”, - Paşinyan bildirib.

Qeyd edək ki, bu gün səhərdən etibarən Ermənistan hüquq-mühafizə orqanlarının əməkdaşları “Müqəddəs mübarizə” müxalifət hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyan və Daşnaksütyun Partiyasının üzvlərinin evlərində axtarışlara başlayıb. Qalstanyan və onun tərəfdaşları hakimiyyəti ələ keçirmək məqsədilə terror aktları hazırlamaqda ittiham olunur.
--
Bu gün səhər Ermənistan hüquq-mühafizə orqanları erməni polkovnik Miqran Maqsudyanın İcevan və Əskiparadakı evlərində axtarış aparıblar.

Axar.az xəbər verir ki, bu barədə Maqsudyanın oğlu məlumat yayıb.

O bildirib ki, atası saxlanılıb vəı İstintaq Komitəsinə aparılır.

Keçirilən əməliyyat tədbirləri nəticəsində erməni biznesmen Tiqran Qalstyan da saxlanılıb.

Bundan başqa, 44 günlük müharibə zamanı öldürülmüş erməni hərbçisinin atası Ara Rüstəmyanın da evi və avtomobilində axtarışlar aparılıb. Axtarışlardan sonra Rüstəmyan da saxlanılıb.

Qeyd edək ki, bu gün Ermənistan hüquq-mühafizə orqanları “Müqəddəs mübarizə” müxalifət hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyan və Daşnaksütyun Partiyası üzvlərinin evlərində axtarışlar aparıb. Hakimiyyəti ələ keçirmək məqsədilə terror aktları hazırlamaqda ittiham olunan Baqrat Qalstanyan saxlanılıb.

--
Məhkəmə “Müqəddəs mübarizə” hərəkatının liderinin həbsi ilə bağlı vəsatəti təmin edib. Arxiyepiskop Baqrat Qalstanyan iki ay müddətinə həbs edilib.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Məhkəmə Qarabağdan qovulan separatçı David Qalstanyan, arxiyepiskop Baqrat Qalstanyanın köməkçisi Movses Şarbatyan, bloger Armen Aleksanyan və ehtiyatda olan polkovnik Miqran Maxsudyanın da iki aylıq həbs qətimkan tədbiri seçilməsinə dair vəsatəti təmin edib.

Ümumilikdə 16 nəfərin həbsi ilə bağlı məhkəməyə vəsatətlər verilib.
--
Ermənistan prokurorluğu erməni apostol kilsəsinin Şirak yeparxiyasının rəhbəri arxiyepiskop Mikael Acapaxyan barəsində cinayət işi açıb.

Axar.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan bildirilib.

Acapaxyan hakimiyyəti ələ keçirməyə açıq çağırışlarda ittiham olunur.

Qeyd olunub ki, cinayət işi iyunun 17-də Ermənistan Cinayət Məcəlləsinin 422-ci maddəsi (hakimiyyətin zorakılıqla devrilməsinə açıq çağırışlar) ilə açılıb.
--

Politoloq Elşən Manafov qəzetimizə açıqlamasında deyib ki, Ermənistanın millətçi,revanşist əhval duşuncəyə söykənən muxalifətinin Paşinyanla muqayisədə ölkə elektoratına təsir imkanları geniş deyil,iqtidarda olduğu dönəmdə indiki muxalifətin ölkəni korrupsiya bataqlığıana surukləməsi onun nufuzuna ciddi xələl gətirmiş,sosial bazası zəifləmiş və daralmışdır.Bu səbəbdən muxalifət Paşinyana qarşı mubarizəyə Ermənistanda hələ dövlətçiliyin olmadığı vaxtlarda belə erməni xalqının toparlanmasında və əvvəlcədən bəlli edilmiş hədəflər ugrunda mubarizəyə cəlb edilməsində bir qayda olaraq nufuzu və təcrubəsi olan erməni apostol kilsəsinə muraciət etmələri anlaşılandır.Böyuk Ermənistan ugrunda millətçi dairələrin bəyan etdikləri mubarizədə kilsə bir qayda olaraq ideoloji təsir imkanlarına malik ,stukturlaşmış institut kimi qəbul edilib və onun məlum mubarizədə iştirakı kilsənin korporativ maraqları ilə yanaşı regionda nufuz dairəsi ugrunda mubarizə aparan beynəlxalq guclərin geosiyasi maraqlarına xidmət etmək və əlbəttə yararlanmaq istəyindən irəli gəlir.
Paşinyan kilsə və muxalifətin iş birliyində özunu qabarıq şəkildə buruzə verən məqamları görur,onu Ermənistanda hakimiyyətə gətirən dairələr də(onlar isə Ermənistanın xaricindədirlər)kilsənin Ermənistan cəmiyyətində stabilyyin pozulmasına və vətəndaş qarşıdurmasının guclənməsinə yönəli pozuculuq fəaliyyətini agentura şəbəkəsi vasitəsilə diqqətlə izləyirlər.Paşinyanı Ermənistan kilsəsinin tanınmış şəxslərinin həbsində Qərb və onun bəlli institutları qınamırlar,Qərbə görə bu həbslər kilsənin dunyəvi hakimiyyətə yiyələnmək iddialarının qarşısını almaq zərurətindən irəli gəlir,Qərb hadisələrə insan haqlarının pozulmas rakursundan yanaşmır,huquqi dövlət hakimiyyətinə olan təhlukənin aradan qaldııırlması konteksindən qiymət verir,məsələnin məgzində isə ilk növbədə, geosiyasi faktor dayanır.Qərb erməni apostol kilsəsinin Rusiya ilə tarixən ciddi munasibət və əlaqələrə malik olmasının mahiyyətinə varır,odur ki,kilsənin elektorata təsir imkanlarının məhdudlaşdırlması istiqamətində rəsmi İrəvanın addımları bir qayda olaraq Qərb,ilk növbədə Avropa Birliyi tətəfindən dəstəklənəcək.
--

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər