“Xaliq Faiqoğlu”nu öz direktoru məhkəməyə veribBakıda fəaliyyət göstərən aparıcı daşıyıcı şirkətlərdən olan “Xaliq Faiqoğlu” MMC-yə qarşı növbəti dəfə məhkəmə iddiası qaldırılıb.

Bu dəfə məhkəmə iddiası şirkətin direktoru Seyidov Faiq Sadıq oğlu tərəfindən qaldırılıb. Məhkəmə iddiasının borc müqaviləsi üzrə mübahisələrlə bağlı olduğu bildirilir. İşə Ali Məhkəmədə hakim Kəmalə Abiyevanın sədrliyilə baxılacaq.

Nizamnamə kapitalı 20 manat olan “Xaliq Faiqoğlu” MMC 2006-cı ildə dövlət qeydiyyatına alınıb. Paytaxt ərazisində 18, 61, 65, 79, 85 və 96 saylı marşrut xətlərinə sahib olan “Xaliq Faiqoğlu” MMC-nin uzun müddətdir dövlət büdcəsinə də böyük həcmdə vergi borcu var. Hazırda (23.01.2023-cü il tarixinə) MMC-nin vergi borcu 287 min 60 manat 92 qəpik təşkil edir.

Qeyd edək ki, Seyidov Faiq Sadıq oğlu “Xaliq Faiqoğlu” MMC-nin tabe olduğu “Safa Holdinq”ə də rəhbərlik edir. “Xaliq Faiqoğlu”ndan başqa “Safa Holdinq”in tərkibində “Safa Plaza”, “Safa Beauty and Spa”, “Safa Restoran”, “Safastore” və “Safa İnşaat” da fəaliyyət göstərir.

Məlumat üçün onu da qeyd edək ki, son zamanlar “Xaliq Faiqoğlu” MMC-yə qarşı bir sıra məhkəmə iddiası qaldırılıb.

- Ötən ilin noyabr ayında “SOCAR Petroleum” QSC “Xaliq Faiqoğlu” MMC-yə qarşı Bakı Kommersiya Məhkəməsində alqı-satqı müqaviləsi üzrə mübahisələrlə bağlı iddia qaldırıb.

- 2022-ci ilin aprel ayında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Xaliq Faiqoğlu” MMC-yə qarşı Bakı Kommersiya Məhkəməsində icarə müqaviləsi üzrə mübahisələrlə bağlı iddia qaldırıb.

- Ötən ilin aprel ayında Azərbaycanda aparıcı mobil rabitə operatorlarından biri olan “Azerfon” MMC ("Nar mobile") də “Xaliq Faiqoğlu” MMC-yə qarşı Bakı Kommersiya Məhkəməsində iddia qaldırıb.

- Bunlardan başqa Azərbaycanda avtobus və yük avtomobillərinin satışını həyata keçirən “Grand Motors” MMC və avtomobillərin ehtiyat hissələrinin idxalı və topdan satışı ilə məşğul olan "Lokomotiv" MMC də "Xaliq Faiqoğlu” MMC-yə qarşı məhkəmə iddiası qaldırıblar.

(Yeniavaz.com)
"Postmünaqişə dövründə ölkəmizə artan diqqət və maraq göz önündədir"«Hər bir iqtisadi proseslərin arxasında siyasət dayanır. Azərbaycanın isə Davos Forumunda dünya dövlətləri üçün mahiyyəti başqa məsələdir. Daha dəqiq desək, neft məsələsində Avropa dövlətləri Rusiyanın asılılığından qurtulmaq istəyirlər. Bu şəraitdə onlar alternativ yollar axtarmalı olur ki, bu yollardan biri də, təbii ki, Azərbaycanla münasibətlər qurmaqdır.

«Parçalanmış dünyada əməkdaşlıq» mövzusunda keçirilən builki Forumda dünyanın 130-dan çox ölkəsindən ümumilikdə 2700-dən çox nüfuzlu şəxs, o cümlədən, 52 dövlət və hökumət başçısı iştirak etdi. Forum çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev 8 qlobal şirkətin rəhbər şəxsləri, Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitse-prezidenti, BMT-nin Məskunlaşma proqramının icraçı direktoru ilə görüşdü. Bununla yanaşı, cənab İlham Əliyevin Latviya, Litva, Xorvatiya, Monteneqro, Hollandiya dövlət və hökumət başçıları ilə də görüşləri oldu»

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov mətbuata açıqlamasında bildirib.

K.Bayramov qeyd edib ki, Prezident İlham Əliyevin 2023-cü il 19 yanvar tarixində Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən «Avrasiya Orta Dəhlizi: Yoldan magistrala» mövzusunda panel iclasında çıxışında bildirib ki,Orta Dəhlizin üstünlüklərindən biri ondan ibarətdir ki, bu nəhəng layihədə iştirak edən ölkələr öz aralarında yaxşı münasibətlərə malikdir. İstənilən çoxmillətli təşəbbüsdə uğurun qazanılması üçün bu, ilkin şərtlərdən biridir. Azərbaycan özünün Qərbində olan qonşuları Gürcüstan və Türkiyə, Şərqində isə Mərkəzi Asiya ilə gözəl münasibətlərə malikdir. Qərb və Şərq arasında təbii coğrafi bağlantıya malik olduğumuz üçün biz ötən illər ərzində nəqliyyat infrastrukturuna böyük sərmayə yatırmışıq.

Azərbaycanda bütün zəruri infrastruktur obyektləri daha çox yük qəbul etməyə hazırdır. Yükaşırma qabiliyyəti 15 milyon ton olan dəniz limanımız 25 milyon tona qədər genişlənəcək və artıq bunun üçün vəsait ayrılıb. Mərkəzi Asiyadan böyük həcmdə yükün istiqamətinin dəyişilməsi müşahidə olunur. Bu ildən etibarən artıq neçə illərdir neftin tranzitini təkcə Türkmənistandan yox, Qazaxıstandan da etməyə başlamışıq. Bu dəhlizdən, həmçinin karbohidrogenlər üçün də istifadə etmək potensialı mövcuddur.

Deputat diqqətə çatdırıb ki, dövlət başçımız Forum çərçivəsində keçirilən görüşlərdə Cənubi Qafqaz regionunda vəziyyət haqqında ətraflı məlumat verərək Azərbaycan həqiqətlərini, habelə, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən mühüm regional nəqliyyat və enerji layihələrinin önəmini dünya ictimaiyyətinin diqqətinə çatdırıb. İşğaldan azad olunan ərazilərimizdə postmüharibə dövründə görülən işlər və həyata keçirilməsi nəzərdə tutulan regional layihələrin əhəmiyyətindən danışaraq, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı və dayanıqlı tərəfdaş kimi Azərbaycanın mühüm roluna da xüsusi olaraq diqqət çəkib.

Deputat əlavə edib ki, dövlət başçımız Çinin CGTN televiziya kanalına müsahibəsində Azərbaycan-Çin münasibətləri arasında əlaqələri yüksək qiymətləndirib. Çin ilə Azərbaycan xalqları arasında böyük tarixə malik olan dostluq münasibətləri nəticəsində Azərbaycan Çinin irəli sürdüyü «Bir kəmər, bir yol» təşəbbüsünə dəstək verən ilk ölkələrdən biri olub. Azərbaycan Asiya və Avropa qitələri arasında körpü rolunu oynayır. Bu baxımdan, Azərbaycan nəqliyyat və geosiyasi mövqe üstünlüyünə malikdir. Avropa ilə Asiya arasında ən qısa dəmir yolu əlaqəsini təmin edən Bakı-Tbilisi-Qars dəmir yolu təkcə Azərbaycan, Gürcüstan və Türkiyə üçün deyil, ümumilikdə Avrasiya regionunda yerləşən ölkələr üçün də iqtisadi baxımdan yeni imkanlar açır. Dünyanın ən böyük ixracatçı və ikinci ən böyük idxalçı ölkəsi olan Çinin də bu dəmir yoluna marağı yüksəkdir.

Həmçinin bu dəmir yolu «Bir kəmər, bir yol» strategiyasının səmərəliliyini də artıracaq. Ona görə də, Çin bu dəmir yolu xəttinə böyük əhəmiyyət verir. Görülən işlər öz bəhrəsini göstərir, ölkə başçısının müsahibədə qeyd etdiyi kimi, ötən il ölkəmizin ərazisindən tranzit daşımaların həcmi 75 faiz artıb. Forumda dövlətimizin başçısı Yaşıl enerji ilə bağlı potensialın da yüksək olduğunu vurğuladı: «Xəzər dənizinin külək potensialı 157 qiqavatdır. Qurudakı potensial 27 qiqavatdır. Eyni zamanda, iki il bundan əvvəl aparılmış Vətən müharibəsində işğaldan azad etdiyimiz ərazilərdə 10 qiqavat potensial mövcuddur. Demək olar ki, 200 qiqavata yaxındır. Keçən ilin dekabrında Gürcüstandan Rumıniyaya sualtı kabel xəttini çəkmək üçün Buxarestdə müqavilə imzalanıb. Bu xəttin gücü 4 qiqavatdır. Hazırda texniki-iqtisadi əsaslandırma işləri aparılır. “Masdar”la imzalanmış razılaşma külək və günəş enerjisi hasilatını 2027-ci ilədək 4 qiqavat və 2037-ci ilədək 6 qiqavat artıracaq. «Fortescue Future Industries»lə imzalanmış Anlaşma Memorandumuna əsasən 12 qiqavatadək hasilat üçün Azərbaycana investisiya yatırılacaq“.

K.Bayramov qeyd edib ki, dövlət başçımızın beynəlxalq tədbirlər çərçivəsində keçirdiyi ikitərəfli və çoxtərəfli görüşlər ölkəmizə bərpaolunan enerji sahəsinə daha çox sərmayənin və texnologiyanın cəlb edilməsinə şərait yaradacaq.
QHT Agentliyi builki müsabiqələrin mövzularını müəyyənləşdirirAzərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının bu il ilk onlayn iclası keçirilib.

Avrasiya.net xəbər verir ki, iclasda “Azərbaycan Respublikasının Prezidentinə təqdim olunan Agentliyin 2022-ci il üzrə maliyyə və fəaliyyətinə dair hesabatı” layihəsi haqqında (ikinci müzakirə); “Agentliyin 2023-ci il Fəaliyyət Planı” layihəsi haqqında (ikinci müzakirə); “Agentliyin 2023-ci il üzrə maliyyə planlaşdırması və büdcəsi” layihəsi haqqında; “Agentliyin səfər qrantlarının verilməsi Qaydaları” layihəsi haqqında (ikinci müzakirə); “Agentliyin maliyəlləşdirdiyi qrant layihələri çərçivəsində xarici ölkələrdə təşkil olunan tədbirlərə dair Təlimat” layihəsi haqqında (ikinci müzakirə); “Agentliyin 2023-cü ildə nəzərdə tutulan qrant müsabiqələrinın mövzuları” layihəsi haqqında; Agentliyin İcraçı direktorunun təqdimatı haqqında məsələlər müzakirə edilib.

Gündəlikdə duran məsələlərlə əlaqədar müvafiq qərarlar qəbul edilib.
General oğlunun ölkədən çıxışına qadağa qoyulduPolis Akademiyasının keçmiş rəisi, general-mayir Ramiz Nağıyevin oğlunun ölkədən çıxışına qadağa qoyulub.

Avrasiya.net Qaynarinfo.az-a istinadən xəbər verir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Nağıyev Vüqar Ramiz oğlunun İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində vergi borcu yaranıb. Borc qaytarılmadığından onun ölkədən çıxışı müvəqqəti məhdudlaşdırılıb.

Bundan sonra Vüqar Nağıyev işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Araşdırmaya görə, Vüqar Nağıyevin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinə 23 min 440 manat 97 qəpik vergi borcu var.

Xatırladaq ki, Vüqar Nağıyevin həyat yoldaşından qalmaqallı şəkildə boşanması ilə bağlı KİV-lərdə məlmatlar dərc edilib.
Azərbaycanda bütün zəruri infrastruktur obyektləri daha çox yük qəbul etməyə hazırdırRespublikamızda nəqliyyatın bütün növləri az və ya çox dərəcədə inkişaf etmişdir. Ölkəmizin “Böyük İpək yolu” və Şimal-Cənub magistral yolları üzərində yerləşməsi onun nəqliyyatının yüksək inkişafına şərait yaradır.
Ən ucuz nəqliyyat növü olan dəniz nəqliyyatı əsasən yük və qismən sərnişin daşınmasında istifadə olunur. Xəzər dənizinin çox böyük nəqliyyat əhəmiyyəti vardır. Xəzər dənizində ən böyük liman 1902-ci ildə istifadəyə verilən Bakı Dəniz Ticarət Limanı olmuşdur.

Müasir dövrdə də Azərbaycan dövləti öz ərazisində müasir nəqliyyat infrastrukturu yaratmağa nail olmuşdur. Buna nümunə olaraq Dəniz Ticarət Limanını xüsusilə qeyd etmək lazımdır. Dəniz nəqliyyatı Xəzər hövzəsi ölkələrlə əlaqə saxlanmasında və onlarda çıxarılan neftin Azərbaycandan keçməklə dünya bazarına çıxarılmasında mühüm əhəmiyyət kəsb edir. Rusiyanın şərq rayonlarından və Mərkəzi Asiya ölkələrindən Azərbaycana gələn ən qısa yol məhz Xəzər dənizindən keçir. Bakı Dəniz Ticarət Limanı təkcə respublikada yox, həm də Xəzər dənizində ən böyük limandır. Bu limanın yükdaşıma dövriyyəsinin artırılması nəqliyyat infrastrukturunun təkmilləşdiriməsinə və Azərbaycanın tranzit imkanlarının artırılmasına diqqətinin təzahürüdür.

Ötən ilin sentyabr 16-da Səmərqənddə keçirilən Şanxay əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxış edərkən Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri bu regiondakı dövlətlər arasında əhəmiyyətli regional kommunikasiya layihələrinin həyata keçməsinə böyük təsir göstərdiyini bildirmişdir.B undan başqa Bakı Beynəlxalq Dəniz Ticarət Limanı 15 milyon ton yükdadaşıma qabiliyyətinə malik olduğu halda, bunu 25 milyon tona qədər artırıla bilər, öz çıxışında cənab prezident söyləmişdir.

2023-cü il 19 yanvar tarixində Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında Möhtərəm Prezidentimiz Cənab İlham Əliyev çıxışında söyləmişdir: Orta Dəhlizin üstünlüklərindən biri ondan ibarətdir ki, bu nəhəng layihədə iştirak edən ölkələr öz aralarında yaxşı münasibətlərə malikdir. İstənilən çoxmillətli təşəbbüsdə uğurun qazanılması üçün bu, ilkin şərtlərdən biridir. Azərbaycan özünün Qərbində olan qonşuları Gürcüstan və Türkiyə, Şərqində isə Mərkəzi Asiya ilə gözəl münasibətlərə malikdir. Qərb və Şərq arasında təbii coğrafi bağlantıya malik olduğumuz üçün biz ötən illər ərzində nəqliyyat infrastrukturuna böyük sərmayə yatırmışıq.

Cənab Prezidentin uzaqgörən siyasəti nəticəsində həyata keçirilən transmilli layihələr öz nəticəsini verir. Dövlət başçımız Azərbaycanın beynəlxalq aləmdə mövqeyini daha da gücləndirilməsi istiqamətində daima çalışır. Nəqliyyat yolları bu istiqamətdə mühüm rol oynayır. Sərnişin və yükdaşımaları üçün müasir infrastrukturun yaradılması , faydalı əməkdaşlığın inkişafı cənab prezidentin diqqətindədir.

Səkinə Hüseynova
Suraxanı rayonu 101 nömrəli tam orta məktəbinin direktor əvəzi
“AzerGold” saxta reklamlar barədə açıqlama yaydıSon günlər “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) adından istifadə edilməklə yenidən saxta reklam kampaniyaları təşkil olunaraq fişinq hücumları həyata keçirilir.

“AzerGold” QSC-nin əmtəə nişanından istifadə edilməklə müxtəlif internet resursları, o cümlədən sosial şəbəkə platformaları vasitəsilə müxtəlif “investisiya” layihələrinə dəvətlər edilir.

Diqqətə çatdırırıq ki, dövlət şirkətinə olan etibardan, həmçinin Səhmdar Cəmiyyətin işgüzar nüfuzundan sui-istifadə edilməklə həyata keçirilən kibercinayət aktları vətəndaşların maliyyə xarakterli fərdi məlumatlarını əldə etmək niyyəti ilə həyata keçirilir. “AzerGold” QSC-nin fəaliyyəti, həmçinin investisiya layihələri ilə bağlı məlumatları şirkətin rəsmi informasiya resurslarından, həmçinin etibarlı mənbələrdən almağı, dələduzluq məqsədi daşıyan bu cür çağırışlardan yayınmaq üçün təqdim edilən keçidlərə daxil olmamağı tövsiyə edirik.



Maşınlara plyonka və jalüz vurulması ilə bağlı QƏRAR VERİLDİNəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi qaydası təsdiq edilib.

Avrasiya.net xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Nazirlər Kabinetinin 2022-ci il 21 yanvar tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi Qaydası”na əsasən nəqliyyat vasitələrinin sürücüdən arxa tərəfdə yerləşən yan şüşələrinə, yük yerinin yan şüşələrinə və arxa şüşələrinə aşağıdakı örtüklərin çəkilməsinə yol verilir:

minik avtomobillərində – plyonka çəkilməsinə və ya jalüzlərin quraşdırılmasına;

yük avtomobillərində, avtobuslarda, mikroavtobuslarda, trolleybuslarda və tramvaylarda – plyonka çəkilməsinə (sərnişindaşıma fəaliyyətində istifadə olunan avtobuslar və mikroavtobuslar istisna olmaqla), jalüzlərin quraşdırılmasına və ya pərdə asılmasına.

Nəqliyyat vasitələrinin küləyə qarşı olan ön şüşəsinin yuxarı hissəsinə, hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda, nəqliyyat vasitələrinin sürücüdən arxa tərəfdə yerləşən yan şüşələrinə, yük yerinin yan şüşələrinə və arxa şüşələrinə çəkilməsinə yol verilən örtüklərin işıqburaxma qabiliyyətinin həddi məhdudlaşdırılmır.

Nəqliyyat vasitələrinin küləyə qarşı olan ön şüşəsinin yuxarı hissəsinə istehsalçı zavod tərəfindən quraşdırılmış günlüklərin hündürlüyü səviyyəsində, nəqliyyat vasitələrinin konstruksiyasında günlüklər nəzərdə tutulmadıqda isə 15-sm-dən çox olmamaq şərtilə plyonka çəkilməsinə yol verilir.
“Atamın Prezident təqaüdü mənə verilməlidir” - Milli Qəhrəmanın qızıAzərbaycanın mərhum Milli Qəhrəmanı Maşallah Abdullayevin qızı Gülxanım Abdullayeva Modern.az-ın redaksiyasına müraciət edərək, atası üçün ayrılan Prezident təqaüdünün ona verilməsini istədiyini bildirib.

Milli Qəhrəmanın yeganə övladı saytımıza ünvanladığı müraciətində deyib: “Atam Maşallah Abdullayev 1992-ci il 23 iyunda verilmiş 6 saylı fərmanla Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülüb. 2005-ci ilə qədər heç bir yerdən təqaüd, aylıq maaş almayıb. 2005-ci ildə Prezident İlham Əliyevin fərmanı ilə milli qəhrəmanlara təqaüd verilməyə başlandı. Bu təqaüd verilənə qədər atamın anası 2002-ci ildə dünyasını dəyişdi. 2003-cü ildə isə onun həyat yoldaşı, yəni anam vəfat etdi. Bundan sonra ailədə yalnız atam və mən qaldıq. Məndən başqa bacım, qardaşım yoxdur. Yəni mən atamın tək varisiyəm. Buna görə də, atama verilən təqaüd mənə verilməlidir. Axı, bu fərdi təqaüd deyil, Prezident təqaüdüdür. Yəni bu təqaüd qəhrəmanın ölümündən sonra onun anasına, atasına, övladına verilir”.

G.Abdullayeva Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna müraciət etdiyini, lakin müsbət cavab almadığını söyləyib:

“7 dekabr tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna müraciət etdim. Mənə hələ dünən cavab verildi ki, sizə təqaüd düşmür. Mən bilirəm ki, təqaüd qəhrəmanın 18 yaşına çatmamış və magistr təhsili alan 23 yaşına çatmamış övladına verilir. Ancaq mən onlara dərinliyi ilə demədim ki, axı, atamın anası və həyat yoldaşı bu təqaüdü almayıblar. Özü də sağlığında mənə vərəsəlik verib. Mən bu təqaüdü onun yeganə övladı olduğum üçün istəyirəm. Axı, bu təqaüd atamın müharibədə çəkdiyi əziyyətin qarşılığıdır. Mən məqsəd və məramımı Goronboy rayonu Dövlət Sosial Müdafiə Fonduna da dedim. Burada mənə mənfi reaksiya verildi. Dedilər ki, “büdcədə sizə verməyə pul yoxdur”. Axı biz neft-qaz ölkəsində yaşayırıq. Necə yəni Milli Qəhrəmanın övladına deyilir ki, “büdcədə sizə verməyə pul yoxdur". Mən Prezidentimizdən və Mehriban xanımdan xahiş edirəm ki, bu məsələdə mənə köməklik göstərsinlər”.

G.Abdullayeva sosial durumundan da danışıb: “Mən müəlliməm. Həyat yoldaşım ali təhsillidir. İxtisasca ekoloqdur, lakin işləmir. 3 övladım var. Evdə yalnız mən maaş alıram”.

Modern.az saytı Milli Qəhrəmanın övladının müraciəti ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna sorğu ünvanlayıb

Qurumun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili sorğumuza cavabında bildirib ki, sözügedən şəxsin, yəni Gülxanım Abdullayevanın təqaüd almaq hüququ yoxdur:

"Şəhid ailəsinin üzvü kimi Prezident təqaüdü şəhidin arvadına (ərinə), valideynlərinə, 18 yaşına çatmamış övladlarına və uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına onlar əyani təhsil müəssisələrində təhsil aldıqda 23 yaşa çatanadək, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladlarına, habelə qanunla şəhidi saxlayan olmadıqda baba və nənələrinə verilir. Sözügedən şəxsin hər hansı bir əlilliyi olmadığına və yaşı 23-dən çox olduğuna görə bu təqaüdü almaq hüququ yaranmır".

Qeyd edək ki, Abdullayev Maşallah Babakişi oğlu 27 may 1950-ci ildə Qasım İsmayılov (indiki Goranboy) rayonunun Kəpənəkçi kəndində doğulub. Birinci Qarabağ müharibəsində könüllülərdən ibarət dəstə yaradaraq iştirak edib. 1992-ci ildə briqada komandirinin müavini vəzifəsinə təyin olunub. Goranboy və Ağdərənin erməni işğalçılarından təmizlənməsində şücaət göstərib. 1992-ci ildə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Maşallah Abdullayev 1992-1993-cü illərdə Goranboy rayon İcra Hakimiyyətinin başçısı kimi çalışıb. Azərbaycan Respublika Ali Sovetinin deputatı olub. Daha sonra Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Şurası Goranboy Rayon Şurasının sədri kimi fəaliyyət göstərib.

2022-ci ilin oktyabr ayında vəfat edib, Goranboy şəhər qəbiristanlığında torpağa tapşırılıb.
Nazirlikdə qanunsuzluq: cinayət işi açıldıKənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan qurumda baş vermiş qanunsuzluqlarla bağlı cinayət işi başlanılıb.

Bu barədə Axar.az-a Gəncə Şəhər Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, Aqrar Elm və İnnovasiya Mərkəzinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda baş verən qanunsuzluqlarla bağlı şəhər prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı qeyd edilən institutda bəzi işçilərə qanunla nəzərdə tutulandan artıq əməkhaqqı, mükafat və ezamiyyə xərclərinin ödənilməsi yolu ilə büdcə vəsaitlərinin mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə), 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanılıb.

Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.
"Azərbaycan enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində mərkəz rolunu oynayır"“Bəzi ölkələrin ambisiyaları və öz potensialının düzgün hesablanmaması etimadsızlığa, gərginliyə və müharibələrə gətirib çıxarır” – yanvar ayının 17-də Davosda Çinin CGTN televiziya kanalına müsahibəsi zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ona ünvanlanmış “Əməkdaşlığın mənasını nədə görürsünüz və əməkdaşlığı çətinləşdirən nədir?” sualını cavablandırarkən bu fikirləri bildirmişdir.

Cənab Prezident vurğulamışdır ki, Azərbaycan dövləti olaraq bizim siyasətimiz hər zaman, sözün əsl mənasında, qarşılıqlı əməkdaşlığa əsaslanıb. Çünki biz inanırıq ki, yalnız əməkdaşlıq sayəsində uğur qazanmaq mümkündür.

Davosda keçirilən Dünya İqtisadi Forumu da məhz ölkə başçımızın da qeyd etdiyi birgə əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində olduqca əhəmiyyətlidir. Xüsusi olaraq qeyd etməliyik ki, İsveçrənin kiçik qəsəbələrindən biri olan Davos dünyada iqtisadi beyin mərkəzi kimi qəbul edilir. Ötən əsrin 70-ci illərindən başlayaraq Davos qlobal iqtisadi məsələlərin müzakirə edildiyi platformaya ev sahibliyi etməkdədir. 1987-ci ildən etibarən isə Davosda keçirilən toplantı Dünya İqtisadi Forumu adlandırılmışdır. Azərbaycan dövləti də eyni zamanda keçirilən Forumlara böyük əhəmiyyət verməkdədir. Xüsusilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının mütəmadi olaraq Davosda keçirilən Forumda iştirakı bunun bariz nümunəsidir. Cənab Prezident ardıcıl olaraq keçirilən toplantılara qatılaraq həm Azərbaycan həqiqətlərini dünyaya çatdırır, həm də ölkəmizin investisiya imkanları barədə dünyanın iqtisadi beyin mərkəzlərini və aparıcı şirkətlərinin nümayəndələrini məlumatlandırır. Cənab Prezidentin qətiyyətli iradəsi nəticəsində aparılan davamlı islahatların məntiqi nəticəsidir ki, hazırda Dünya İqtisadi Forumu öz hesabatlarında ölkəmizin islahatlar və iqtisadi inkişaf tempini yüksək qiymətləndirir.

Bildiyimiz kimi hazırda dünya yeni çağırışlarla üz-üzədir. Dünyanın mövcud geosiyasi vəziyyətinin mürəkkəbliyi və 1 ildir davam edən Rusiya-Ukrayna müharibəsinin fonunda qlobal siyasi sistemində mühüm mərhələnin əsası qoyulmuşdur. Enerji və nəqliyyat dəhlizlərində alternativlərə olan ehtiyac heç olmadığı qədər artmış vəziyyətdədir. Məhz bunun nəticəsidir ki, Azərbaycan yaranmış yeni reallıqlar fonunda mühüm tərəfdaş və enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində mərkəz rolunu oynamaqdadır.

Samir Baxşiyev
YAP Siyəzən rayon təşkilatının sədri