Sizin Reklam Burada

"Azərbaycan enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində mərkəz rolunu oynayır"

"Azərbaycan enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində mərkəz rolunu oynayır"“Bəzi ölkələrin ambisiyaları və öz potensialının düzgün hesablanmaması etimadsızlığa, gərginliyə və müharibələrə gətirib çıxarır” – yanvar ayının 17-də Davosda Çinin CGTN televiziya kanalına müsahibəsi zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ona ünvanlanmış “Əməkdaşlığın mənasını nədə görürsünüz və əməkdaşlığı çətinləşdirən nədir?” sualını cavablandırarkən bu fikirləri bildirmişdir.

Cənab Prezident vurğulamışdır ki, Azərbaycan dövləti olaraq bizim siyasətimiz hər zaman, sözün əsl mənasında, qarşılıqlı əməkdaşlığa əsaslanıb. Çünki biz inanırıq ki, yalnız əməkdaşlıq sayəsində uğur qazanmaq mümkündür.

Davosda keçirilən Dünya İqtisadi Forumu da məhz ölkə başçımızın da qeyd etdiyi birgə əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində olduqca əhəmiyyətlidir. Xüsusi olaraq qeyd etməliyik ki, İsveçrənin kiçik qəsəbələrindən biri olan Davos dünyada iqtisadi beyin mərkəzi kimi qəbul edilir. Ötən əsrin 70-ci illərindən başlayaraq Davos qlobal iqtisadi məsələlərin müzakirə edildiyi platformaya ev sahibliyi etməkdədir. 1987-ci ildən etibarən isə Davosda keçirilən toplantı Dünya İqtisadi Forumu adlandırılmışdır. Azərbaycan dövləti də eyni zamanda keçirilən Forumlara böyük əhəmiyyət verməkdədir. Xüsusilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının mütəmadi olaraq Davosda keçirilən Forumda iştirakı bunun bariz nümunəsidir. Cənab Prezident ardıcıl olaraq keçirilən toplantılara qatılaraq həm Azərbaycan həqiqətlərini dünyaya çatdırır, həm də ölkəmizin investisiya imkanları barədə dünyanın iqtisadi beyin mərkəzlərini və aparıcı şirkətlərinin nümayəndələrini məlumatlandırır. Cənab Prezidentin qətiyyətli iradəsi nəticəsində aparılan davamlı islahatların məntiqi nəticəsidir ki, hazırda Dünya İqtisadi Forumu öz hesabatlarında ölkəmizin islahatlar və iqtisadi inkişaf tempini yüksək qiymətləndirir.

Bildiyimiz kimi hazırda dünya yeni çağırışlarla üz-üzədir. Dünyanın mövcud geosiyasi vəziyyətinin mürəkkəbliyi və 1 ildir davam edən Rusiya-Ukrayna müharibəsinin fonunda qlobal siyasi sistemində mühüm mərhələnin əsası qoyulmuşdur. Enerji və nəqliyyat dəhlizlərində alternativlərə olan ehtiyac heç olmadığı qədər artmış vəziyyətdədir. Məhz bunun nəticəsidir ki, Azərbaycan yaranmış yeni reallıqlar fonunda mühüm tərəfdaş və enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində mərkəz rolunu oynamaqdadır.

Samir Baxşiyev
YAP Siyəzən rayon təşkilatının sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər