Azərbaycanda bütün zəruri infrastruktur obyektləri daha çox yük qəbul etməyə hazırdır

Azərbaycanda bütün zəruri infrastruktur obyektləri daha çox yük qəbul etməyə hazırdırRespublikamızda nəqliyyatın bütün növləri az və ya çox dərəcədə inkişaf etmişdir. Ölkəmizin “Böyük İpək yolu” və Şimal-Cənub magistral yolları üzərində yerləşməsi onun nəqliyyatının yüksək inkişafına şərait yaradır.
Ən ucuz nəqliyyat növü olan dəniz nəqliyyatı əsasən yük və qismən sərnişin daşınmasında istifadə olunur. Xəzər dənizinin çox böyük nəqliyyat əhəmiyyəti vardır. Xəzər dənizində ən böyük liman 1902-ci ildə istifadəyə verilən Bakı Dəniz Ticarət Limanı olmuşdur.

Müasir dövrdə də Azərbaycan dövləti öz ərazisində müasir nəqliyyat infrastrukturu yaratmağa nail olmuşdur. Buna nümunə olaraq Dəniz Ticarət Limanını xüsusilə qeyd etmək lazımdır. Dəniz nəqliyyatı Xəzər hövzəsi ölkələrlə əlaqə saxlanmasında və onlarda çıxarılan neftin Azərbaycandan keçməklə dünya bazarına çıxarılmasında mühüm əhəmiyyət kəsb edir. Rusiyanın şərq rayonlarından və Mərkəzi Asiya ölkələrindən Azərbaycana gələn ən qısa yol məhz Xəzər dənizindən keçir. Bakı Dəniz Ticarət Limanı təkcə respublikada yox, həm də Xəzər dənizində ən böyük limandır. Bu limanın yükdaşıma dövriyyəsinin artırılması nəqliyyat infrastrukturunun təkmilləşdiriməsinə və Azərbaycanın tranzit imkanlarının artırılmasına diqqətinin təzahürüdür.

Ötən ilin sentyabr 16-da Səmərqənddə keçirilən Şanxay əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxış edərkən Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri bu regiondakı dövlətlər arasında əhəmiyyətli regional kommunikasiya layihələrinin həyata keçməsinə böyük təsir göstərdiyini bildirmişdir.B undan başqa Bakı Beynəlxalq Dəniz Ticarət Limanı 15 milyon ton yükdadaşıma qabiliyyətinə malik olduğu halda, bunu 25 milyon tona qədər artırıla bilər, öz çıxışında cənab prezident söyləmişdir.

2023-cü il 19 yanvar tarixində Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında Möhtərəm Prezidentimiz Cənab İlham Əliyev çıxışında söyləmişdir: Orta Dəhlizin üstünlüklərindən biri ondan ibarətdir ki, bu nəhəng layihədə iştirak edən ölkələr öz aralarında yaxşı münasibətlərə malikdir. İstənilən çoxmillətli təşəbbüsdə uğurun qazanılması üçün bu, ilkin şərtlərdən biridir. Azərbaycan özünün Qərbində olan qonşuları Gürcüstan və Türkiyə, Şərqində isə Mərkəzi Asiya ilə gözəl münasibətlərə malikdir. Qərb və Şərq arasında təbii coğrafi bağlantıya malik olduğumuz üçün biz ötən illər ərzində nəqliyyat infrastrukturuna böyük sərmayə yatırmışıq.

Cənab Prezidentin uzaqgörən siyasəti nəticəsində həyata keçirilən transmilli layihələr öz nəticəsini verir. Dövlət başçımız Azərbaycanın beynəlxalq aləmdə mövqeyini daha da gücləndirilməsi istiqamətində daima çalışır. Nəqliyyat yolları bu istiqamətdə mühüm rol oynayır. Sərnişin və yükdaşımaları üçün müasir infrastrukturun yaradılması , faydalı əməkdaşlığın inkişafı cənab prezidentin diqqətindədir.

Səkinə Hüseynova
Suraxanı rayonu 101 nömrəli tam orta məktəbinin direktor əvəzi