General oğlunun ölkədən çıxışına qadağa qoyuldu
Polis Akademiyasının keçmiş rəisi, general-mayir Ramiz Nağıyevin oğlunun ölkədən çıxışına qadağa qoyulub.
Avrasiya.net Qaynarinfo.az-a istinadən xəbər verir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Nağıyev Vüqar Ramiz oğlunun İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində vergi borcu yaranıb. Borc qaytarılmadığından onun ölkədən çıxışı müvəqqəti məhdudlaşdırılıb.
Bundan sonra Vüqar Nağıyev işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.
Araşdırmaya görə, Vüqar Nağıyevin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinə 23 min 440 manat 97 qəpik vergi borcu var.
Xatırladaq ki, Vüqar Nağıyevin həyat yoldaşından qalmaqallı şəkildə boşanması ilə bağlı KİV-lərdə məlmatlar dərc edilib.