Sizin Reklam Burada

"Postmünaqişə dövründə ölkəmizə artan diqqət və maraq göz önündədir"

"Postmünaqişə dövründə ölkəmizə artan diqqət və maraq göz önündədir"«Hər bir iqtisadi proseslərin arxasında siyasət dayanır. Azərbaycanın isə Davos Forumunda dünya dövlətləri üçün mahiyyəti başqa məsələdir. Daha dəqiq desək, neft məsələsində Avropa dövlətləri Rusiyanın asılılığından qurtulmaq istəyirlər. Bu şəraitdə onlar alternativ yollar axtarmalı olur ki, bu yollardan biri də, təbii ki, Azərbaycanla münasibətlər qurmaqdır.

«Parçalanmış dünyada əməkdaşlıq» mövzusunda keçirilən builki Forumda dünyanın 130-dan çox ölkəsindən ümumilikdə 2700-dən çox nüfuzlu şəxs, o cümlədən, 52 dövlət və hökumət başçısı iştirak etdi. Forum çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev 8 qlobal şirkətin rəhbər şəxsləri, Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitse-prezidenti, BMT-nin Məskunlaşma proqramının icraçı direktoru ilə görüşdü. Bununla yanaşı, cənab İlham Əliyevin Latviya, Litva, Xorvatiya, Monteneqro, Hollandiya dövlət və hökumət başçıları ilə də görüşləri oldu»

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov mətbuata açıqlamasında bildirib.

K.Bayramov qeyd edib ki, Prezident İlham Əliyevin 2023-cü il 19 yanvar tarixində Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən «Avrasiya Orta Dəhlizi: Yoldan magistrala» mövzusunda panel iclasında çıxışında bildirib ki,Orta Dəhlizin üstünlüklərindən biri ondan ibarətdir ki, bu nəhəng layihədə iştirak edən ölkələr öz aralarında yaxşı münasibətlərə malikdir. İstənilən çoxmillətli təşəbbüsdə uğurun qazanılması üçün bu, ilkin şərtlərdən biridir. Azərbaycan özünün Qərbində olan qonşuları Gürcüstan və Türkiyə, Şərqində isə Mərkəzi Asiya ilə gözəl münasibətlərə malikdir. Qərb və Şərq arasında təbii coğrafi bağlantıya malik olduğumuz üçün biz ötən illər ərzində nəqliyyat infrastrukturuna böyük sərmayə yatırmışıq.

Azərbaycanda bütün zəruri infrastruktur obyektləri daha çox yük qəbul etməyə hazırdır. Yükaşırma qabiliyyəti 15 milyon ton olan dəniz limanımız 25 milyon tona qədər genişlənəcək və artıq bunun üçün vəsait ayrılıb. Mərkəzi Asiyadan böyük həcmdə yükün istiqamətinin dəyişilməsi müşahidə olunur. Bu ildən etibarən artıq neçə illərdir neftin tranzitini təkcə Türkmənistandan yox, Qazaxıstandan da etməyə başlamışıq. Bu dəhlizdən, həmçinin karbohidrogenlər üçün də istifadə etmək potensialı mövcuddur.

Deputat diqqətə çatdırıb ki, dövlət başçımız Forum çərçivəsində keçirilən görüşlərdə Cənubi Qafqaz regionunda vəziyyət haqqında ətraflı məlumat verərək Azərbaycan həqiqətlərini, habelə, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən mühüm regional nəqliyyat və enerji layihələrinin önəmini dünya ictimaiyyətinin diqqətinə çatdırıb. İşğaldan azad olunan ərazilərimizdə postmüharibə dövründə görülən işlər və həyata keçirilməsi nəzərdə tutulan regional layihələrin əhəmiyyətindən danışaraq, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı və dayanıqlı tərəfdaş kimi Azərbaycanın mühüm roluna da xüsusi olaraq diqqət çəkib.

Deputat əlavə edib ki, dövlət başçımız Çinin CGTN televiziya kanalına müsahibəsində Azərbaycan-Çin münasibətləri arasında əlaqələri yüksək qiymətləndirib. Çin ilə Azərbaycan xalqları arasında böyük tarixə malik olan dostluq münasibətləri nəticəsində Azərbaycan Çinin irəli sürdüyü «Bir kəmər, bir yol» təşəbbüsünə dəstək verən ilk ölkələrdən biri olub. Azərbaycan Asiya və Avropa qitələri arasında körpü rolunu oynayır. Bu baxımdan, Azərbaycan nəqliyyat və geosiyasi mövqe üstünlüyünə malikdir. Avropa ilə Asiya arasında ən qısa dəmir yolu əlaqəsini təmin edən Bakı-Tbilisi-Qars dəmir yolu təkcə Azərbaycan, Gürcüstan və Türkiyə üçün deyil, ümumilikdə Avrasiya regionunda yerləşən ölkələr üçün də iqtisadi baxımdan yeni imkanlar açır. Dünyanın ən böyük ixracatçı və ikinci ən böyük idxalçı ölkəsi olan Çinin də bu dəmir yoluna marağı yüksəkdir.

Həmçinin bu dəmir yolu «Bir kəmər, bir yol» strategiyasının səmərəliliyini də artıracaq. Ona görə də, Çin bu dəmir yolu xəttinə böyük əhəmiyyət verir. Görülən işlər öz bəhrəsini göstərir, ölkə başçısının müsahibədə qeyd etdiyi kimi, ötən il ölkəmizin ərazisindən tranzit daşımaların həcmi 75 faiz artıb. Forumda dövlətimizin başçısı Yaşıl enerji ilə bağlı potensialın da yüksək olduğunu vurğuladı: «Xəzər dənizinin külək potensialı 157 qiqavatdır. Qurudakı potensial 27 qiqavatdır. Eyni zamanda, iki il bundan əvvəl aparılmış Vətən müharibəsində işğaldan azad etdiyimiz ərazilərdə 10 qiqavat potensial mövcuddur. Demək olar ki, 200 qiqavata yaxındır. Keçən ilin dekabrında Gürcüstandan Rumıniyaya sualtı kabel xəttini çəkmək üçün Buxarestdə müqavilə imzalanıb. Bu xəttin gücü 4 qiqavatdır. Hazırda texniki-iqtisadi əsaslandırma işləri aparılır. “Masdar”la imzalanmış razılaşma külək və günəş enerjisi hasilatını 2027-ci ilədək 4 qiqavat və 2037-ci ilədək 6 qiqavat artıracaq. «Fortescue Future Industries»lə imzalanmış Anlaşma Memorandumuna əsasən 12 qiqavatadək hasilat üçün Azərbaycana investisiya yatırılacaq“.

K.Bayramov qeyd edib ki, dövlət başçımızın beynəlxalq tədbirlər çərçivəsində keçirdiyi ikitərəfli və çoxtərəfli görüşlər ölkəmizə bərpaolunan enerji sahəsinə daha çox sərmayənin və texnologiyanın cəlb edilməsinə şərait yaradacaq.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər