Halal adı ilə donuz ətli konservlər Azərbaycana gətirildi

Halal adı ilə donuz ətli konservlər Azərbaycana gətirildiRusiya istehsalı olan və müsəlman ölkələrinə ixrac edilən bəzi konserv məhsullarında donuz ətinə aid DNT izləri aşkarlanıb. Halal olaraq təqdim edilən bu məhsulların bir qisminin Azərbaycana da gətirildiyi bildirilir.

Axar.az xəbər verir ki, bu barədə “İnsayder” nəşri məlumat yayıb.

Məlumata görə, söhbət 500 qramlıq “Semeyniy büdjet” markası altında satılan və üzərində “Mal əti tşonka” kimi qeyd olunan konservlərdən gedir. Aparılan laborator müayinələr zamanı məhsulun tərkibində donuz ətinə aid DNT-nin olduğu müəyyən edilib ki, bu da onun halal standartlarına uyğun olmadığını göstərir.

Nəşr qeyd edir ki, konservlərin istehsalçısı Rusiya Federasiyasının Orlov vilayətində fəaliyyət göstərən “Qlavprodukt” müəssisəsidir. Qeyd edək ki, sözügedən müəssisə bu ilin yayında milliləşdirilərək Rusiyanın keçmiş kənd təsərrüfatı naziri ilə əlaqəli strukturların nəzarətinə keçib.

Bu məhsulların Rusiya ordusuna da göndərildiyi, o cümlədən Orexovo-Zuyevo şəhərində yerləşən 81521 saylı hərbi hissənin şəxsi heyəti tərəfindən istifadə edildiyi vurğulanır. Eyni zamanda konservlərin Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinə - Tacikistan, Qazaxıstan, Qırğızıstan və Azərbaycana ixrac olunduğu bildirilir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər