Azər Süleymanovdan Zəfər TƏBRİKİMöhtərəm, cənab Prezident! Əziz və dəyərli Xalqım!
Qarabağ savaşının və Şuşanın erməni işğalından azad olunmasının ikinci ildönümü yaxınlaşır. Son 30 ildə Ermənistanın və erməni terrorçu silahlı birləşmələrinin işğalçı hücumlarına nəhayət ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik qabiliyyəti sayəsində son qoyulmuşdur. Azərbaycanın 20 faiz itirilmiş ərazisinin təəssüf ki, beynəlxalq qanunların, qəbul olunmuş qətnamələrin sayəsində atəşkəs şəraitində deyil, minlərlə Qazi və Şədimizin canı və qanı bahasına geri qaytarılmışdır.

Bu Zəfər artıq Cənubi Qafqazda mehriban qonşuluq münasibətlərinin təməlində Azərbaycan ordusunun dayandığını birmənalı olaraq ifade etmişdir. Müzəffər ordumuz qədim Qafqazda sülhün qarantı rolunu layiqincə bundan belə davam etdirəcəyində məndə böyük əminlik hissi yaradıb. Artıq inanınıq ki, Ali Sərkərdənin yürütdüyü xarici siyasəti və beynəlxalq aləmdə Ermənistan-Rusiya-İran birliyinə qarşı ədalətli mübarizəsi mənfur niyyətli rus ordusunun “sülhməramlı” statusunu da tezliklə sona erdirəcək.

Həmçinin qonşu İranın son aylarda Azərbaycana qarşı apardığı hədələyici xarici siyasəti, hərbi hədə-qorxu yaratmaq niyyətli uydurma istəkləri də gorbagor olacaqdır.

Əgər yaxın qonşular 30 ildə Azərbaycan xalqının haqq səsini eşitməyibsə, deməli torpaqların da hərbi yolla azad olunması qaçılmaz idi. Bütün bunlara baxmayaraq, doğma vətənimiz Gürcüstan qanşu olmaqla yanaşı, dost-qardaş bir dövlət olduğunu dünyanın gözü qarşısında mərdcəsinə sərgiləyib, təcavüzkara öz ərazisindən hərbi dəstəyi qadağan etdi. Biz Gürcüstanımızın bu addımından fəxr və qürur hissiylə hər yerdə həmişə danışacağıq.

Buradakı Soydaşlarımız azərbaycanlı olaraq işğal olunmuş Abxaziyamızın, Osetiyamızın - öz ərazilərimizin də tezliklə beləcə rus işğalından azad olunacağına böyük ümidlər bəsləyirlər. İşğal olunmuş Vətən nə deməkdir? - onu Biz Borçalılar da dərindən hiss edib yaşayırıq.

Amma gec-tez haqq-ədalət öz yerini tutur. Azərbaycan Ordusunun 44 gün ərzində Şuşanın azad olmasıyla bitən qələbəsi, həm də onu göstərdi ki, əzm və böyük iradə sahibi olan xalqlar heç vaxt torpaqlarının işğalıyla barışmayıb. Gün gələcək Azərbaycan-Gürcü xalqları bu böyük qardaşlığı, dostluğu, səmimi qonşuluq münasibətlərini ortaq böyük hərbi ittifaqda yekunlaşdıracaq və Gürcüstanın da ərazi bütövlüyü uğrunda eyni rəşadəti göstərəcəkdir.

Əziz Azərbaycan Xalqı! Mən də Sizlərdən biri kimi hamımızı,başda Ali Baş Komandan cənab İlham Əliyevi Böyük Zəfər münasibətilə təbrik edir, Qazilərimizə can saglamlığı, şəfa, Şəhidlərimizə Allahdan rəhmət diləyirəm.

Bütün cəbhə boyunca qanı bahasına düşməni torpaqlarımızdan vurub çıxardan Azərbaycan əsgərini Allah qorusun, yolunu müzəffər eyləsin! Uca Tanrı Şuşaya sancılan şanlı bayrağı tezliklə Xocalıya, Xankəndinə də sancmaqda yoluna-qoluna güc-qüvvət versin. Amin! Zəfərin Mübarək Azərbaycan!

Hörmətlə: Azər Süleymanov,
Gürcüstan Parlamentinin sabiq deputatı
Şok: Qarabağa silahlar daşınır, iki təyyarə də gələcəkBu gün Azərbaycan tərəfi “sülhməramlı humanitar yardım” adı altında Laçın dəhlizi ilə Qarabağ separatçılarına silahların ötürülməsindən xəbərdar olub.

Axar.az xəbər verir ki, bu barədə “Caliber” məlumat yayıb.

Məlumata görə, sülhməramlılar müvəqqəti məsuliyyət zonasına aşağıda qeyd olunan silah-sursatları çatdırıblar:

- piyada əleyhinə minalar

- tank əleyhinə minalar

- avtomatik atıcı silahlar, o cümlədən dəzgah pulemyotları

- snayper tüfəngləri

- 122 mm minaatan

- ATGM “Faqot” (10 ədəd)

- ATGM “Kornet” (10 ədəd)

- qumbaraatanlar

- portativ rabitə

- sursatlar

Bildirilib ki, adları qeyd olunan silahların hamısı Rusiyanın Gümrüdəki hərbi bazasından gətirilib. Bu gün və sabah Erebuni hava limanına Rusiya FSB-nin daha 2 təyyarəsinin silahlarla gəlməsi gözlənilir. Bəzi silah növləri İran və Suriyadan sifariş olunub.

Siyəzəndə gənclər arasında “Zəfər günü”nə həsr olunmuş bilik yarışı keçirilibSiyəzən rayon Gənclər Mərkəzində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə yardımı ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən “Qəhrəmanlarımızı tanıyaq ə tanıdaq!” gənclər arasında vətənpərvərliyin təbliği layihə çərçivəsində Vətən müharibəsinə həsr olunmuş Nə? Harada? Nə zaman? formatında bilik yarışı keçirilib.

Tədbirin təsmi hissəsində çıxış edən layihə rəhəri, təşkilatın sədri Ramin Mahmudov bu layihənin əsas məqsədinin gənclər arasında cətənpərvərlik tərbiyəsinin yüksəldilməsinə dəstək vermək olduğuni bildirib.

Tədbirdə qonaq qismində iştirak edən Siyəzən Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Vüsal Alışov və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Siyəzən Rayonu üzrə Təhsil Sektorunun əməkdaşı Xalidşah Qədəşov bu əhəmiyyətli tədbirin Siyəzən gəncləri üçün təşkil etdiklərinə görə təşkilatçılara təşəkkürlərini bildiriblər.

Rəsmi hissədən sonra keçirilən bilik yarışında Siyəzən rayonunun müxtəlif məktəblərində təhsil alan şagirdlərdən , eləcə də fəal gənclərdən və tələbələrdən ibarət 6 komanda mübarizə aparıb. Yekunda məktəblilərdən ibarət “Müşfiq” komandası birinci, “Zəfər” komandası ikinci, tələbə və gənclərdən ibarət “Dejavü” komandası üçüncü yeri tutub.
Qalib və mükafatmılar diplom, kubok və medallarla təltif edilib.

Tədbirdə iştirak edən hər bi şəxsə Xızı, Siyəzən, Şabran, Xaçmaz, Qusar və Quba rayonlarından olan Vətən müharbəsi şəhidləri haqqında hazırlanmış “Ölümü ilə ölümsüzləşənlər” adlı kitablar hədiyyə edilib.
Layihə çərçivəsində növbəti tədbirlərin Şabran, Xaçmaz, Qusar və Qua rayonlarında da keçirilməsi nəzərdə tutulub.


"Ordumuzu və Ali Baş Komandanımızı dəstəkləməyə davam edəcəyik"Milli Həmrəylik Partiyası Bəyanat yayıb

Böyük Qələbəmizin – 44 günlük Vətən Müharibəsində qazandığımız parlaq Zəfərin ikinci ili tamam olur. Biz Milli Həmrəylik Partriyasi olaraq bütün xalqımızı, dünyadakı bütün soydaşlarımızı, rəşadətli əsgər və zabitlərimizi, qəhrəman qazilərimizi və 44 gün ərzində əsl sərkərdəlik qabiliyyətini, diplomat və siyasətçi müdrikliyini ortaya qoyan, hərbi strateq bacarıqlarını nümayiş etdirən cənab Ali Baş Komandanımız İlham Əliyevi 8 Noyabr − Zəfər Günü ilə əlaqədar təbrik edirik!

İstər 44 günlük əks-hücum əməliyyatının özü, istərsə də Şuşanın işğaldan azad edilməsi ilə möhürü vurulan Zəfər Günü tariximizin ən önəmli bir parçası kimi qan yaddaşımızda və dərsliklərdə yer alacaq. Bəli, Zəfər Günü hər bir azərbaycanlı üçün xüsusi gündür, özəl təqvimdir. Çünki bizi böyük Zəfərə doğru aparan 44 gün ərzində millətimizin oyanışını, dirçəlişini müşahidə etdik. Bu bizim Millətimizin, Dövlətimizin və Ordumuzun 30 il davam edən işğala qarşı, işğalçılara qarşı, onların havadarlarına (Minsk Qrupu üçlüyünə və digər imperialist güclərə) qarşı Böyük Cihadı idi. Azərbaycan xalqı, Azərbaycan dövləti və Azərbaycan əsgəri işğalla, ədalətsizliklə barışmadığını bütün dünyaya nümayiş etdirdi.

Azərbaycan tarixində uğur və qələbə günləri çoxdur. Zəfər Günü isə təkdir. Çünki bu günü digərlərindən fərqləndirən, önə çıxaran çox özəl səbəblər, müstəsnalıqlar var. Biz Zəfər Gününə sadəcə hərbi qələbə bayramı kimi baxmırıq. Əziz şəhidlərimizin qanı ilə yoğrulmuş, hərbçilərimizin misilsiz şücaəti ilə ərsəyə gəlmiş bu bayram ilk növbədə bütün millətimizin həmrəylik bayramıdır. Zəfər Günü milli həmrəyliyimizin ən üst zirvəyə yüksəldiyi gündür. Nə qədim dövrlərdə, nədəki son minillik hərb tariximizdə heç vaxt bu cür ümummilli həmrəylik, milli birlik nümunəsi müşahidə olunmayıb.

44 gün ərzində belə mükəmməl birlik modelini ortaya qoya bilməyimizin bir səbəbi 30 il davam edən gözlənti və həsrət nəticəsində millətimizin qələbəyə susamasından, yurda tamarzılığından qaynaqlanırdısa, bir digər səbəbi də Prezident və Ali Baş Komandanımız İlham Əliyevin birləşdirici lider missiyasını çox uğurla yerinə yetirə bilməsi ilə bağlı idi.

Milli birlik öz-özünə yaranmır. Həmrəylik birdən-birə formalaşmır. Bir xalqın milli həmrəylik zirvəsinə yüksəlməsi, millətləşməsi üçün birləşdirici gücün, xalqı böyük hədəflərə doğru yönəldə bilən bir liderin olması da həddindən artıq vacibdir. Tarixdə şəxsiyyətin rolu bax bu məqamda ortaya çıxır, özünü göstərir. İlham Əliyev də 44 günlük müharibə zamanı nümayiş etdirdiyi birləşdiricilik, barışdırıcılıq keyfiyyətləri ilə tarixdə şəxsiyyətin əvəzolunmaz rola malik olduğunu bir daha təsdiqlədi.

Təməli 44 günlük Vətən Müharibəsi ilə qoyulan böyük milli birlik, həmrəylik dalğası bir qədər dəyişik şəkildə bu gün də davam edir. İkinci Qarabağ müharibəsi günlərində Müzəffər Ordumuzu dəstəkləyən, Ali Baş Komandanımızın yanında yer alan siyasi qüvvələr bu gün də eyni mövqedən çıxış etməyə davam edirlər. Çünki siyasi partiyalar həm qalib ölkəmizə qarşı xarici təzyiqlərin gündən-günə artmasının və qələbəmizin Fransa, İran, Hindistan və sair ermənipərəst ölkələrin liderləri, siyasi elitaları tərəfindən həzm olunmamasının fərqindədir, həm də sərhədlərin delimitasiyası, yekun sülh sazişinin imzalanması, işğaldan azad edilən ərazilərdə böyük tikinti, bərpa işlərinin həyata keçirilməsi və nəhayət, Böyük Qayıdışın təmin edilməsi üçün milli birlik kursunu davam etdirməyimizin hava-su kimi vacibliyini dərk edirlər.

Biz də Milli Həmrəylik Partiyası olaraq ənənəvi birlik, həmrəylik xəttimizi bundan sonra da davam etdirəcəyimizi bəyan edirik. Partiyamızın çoxsaylı üzvləri bundan sonra da Ordumuzu və Ali Baş Komandanımızı dəstəkləməyə davam edəcək.

Biz Ermənistanın revanşist qüvvələrinin məğlubiyyətlə barışmaq istəmədiklərini görürük. Biz erməni xalqının kilsə tərəfindən beyni və ruhu türkofobiya ilə, millətçi və irqçi ideyalarla, işğalçı çağırışlarla zəhərlənmiş kəsiminin ərazi iddialarından əl çəkmədiklərini də görürük. Biz xarici ölkələrdə kök salmış və böyük şəbəkəyə çevrilmiş erməni diasporunun, erməni lobbisinin və erməni terror təşkilatlarının niyyət və hədəflərindən də xəbərdarıq. Biz onu da hiss edirik Ermənistanın hazırkı avantürist baş naziri Nikol Paşinyanın eyni vaxtda iki “stul”da oturmaq istəməsi, həm Rusiyanın, həm də Qərbin (Brüsselin, Parisin, Vaşinqtonun)maraqları üzərindən hiyləgər manevrlər etməsi və eləcə də üçtərəfli razılaşmaların şərtlərini yerinə yetirməkdən boyun qaçırması 12-13 sentyabr sərhəd döyüşlərinin yenidən təkrarlanması ilə nəticələnə bilər. Vyetnamdan tutmuş Əlcəzairə qədər dünyanın ən müxtəlif coğrafiyalarında qanlı qırğınlar, soyqırımları törətmiş Fransa kimi neokolonialist və neoimperialist bir ölkənin lideri Emmanuel Makronun bütün siyasi və diplomatik etiket normalarını pozaraq Azərbaycanı “təcavüzkarlıq”da ittiham etməsinin və “biz Fransa olaraq Ermənistanı tək qoymayacağıq” deməsinin şahidiyik. Eləcə də qonşu İranın fars-molla rejiminin maskalarını yerə ataraq işğalçı Ermənistana açıq-aşkar himayəçilik etməsi, Azərbaycana qarşı təhdid ritorikasından çıxış etməsi, İranın ali dini liderinin mifik “qırmızı xətt”lərdən dəm vurması hər birimizin gözləri önündə baş verir.

Biz yaxın-uzaq düşmənlərimizin bütün bu kimi rüsvayçı davranışlarını, ermənipərəst bəyanatlarını və ölkəmizə qarşı ünvanlanan hədələrini qətiyyətlə rədd edirik və Zəfər Günü ərəfəsində bir daha bəyan edirik ki, istər xalq olaraq, istərsə də siyasi qüvvələr olaraq yenə də Ordumuzun yanındayıq və Prezident İlham Əliyevin yürütdüyü siyasəti dəstəkləməyə davam edəcəyik! Bizim milli birliyimizi, həmrəyliyimizi heç bir qüvvə poza bilməz!

Fürsətdən istifadə edib dostlarımızı da, Fransa kimi, İran kimi ermənipərəst ölkələrin liderlərini də erməni xalqını və müxalifətini münaqişə və müharibəyə meyllilikdən əl çəkməyə təşviq etməyə, rəsmi İrəvanı Azərbaycanın təklif etdiyi 5 təməl prinsip əsasında sülh danışıqları apararaq yekun sülh sazişinin bağlanmasına doğru istiqamətləndirməyə çağırırıq. Xalqlar, ölkələr arasında nifaq salmaq, müharibələr törətmək asandır. Bacarırsınızsa, müharibə mələkləri, müharibə sponsorları kimi yox, sülh elçiləri kimi çıxış edin, erməni xalqını və Ermənistan dövlətini orta əsrlərin terror, vandalizm və işğalçılıq psixologiyasından əl çəkməyə sövq edin, Cənubi Qafqaza sülh gətirin! Azərbaycan hamını sülhə töhfə verməyə çağırır!

Zəfər Günü ilə bağlı bir qrup müharibə iştirakçısı və gənclə görüş keçirilib8 Noyabr - Zəfər Günü ilə əlaqədar şəhid ailələri, Vətən Müharibəsi iştirakçıları və bir qrup rayon gənci ilə görüş keçirilib.

Avrasiya.net xəbər verir ki, tədbirdə Şabran rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov, YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov,rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, müharibə veteranları və rayon ictimaiyyəti iştirak edib.

Tədbiri giriş sözü ilə açan Asif Hüseynov bildirdi ki, ötən əsrin sonlarında Ermənistanın Azərbaycanın tarixi torpaqlarına ərazi iddiaları ilə başlayan hərbi təcavüzü ərazilərimizin işğalı ilə nəticələnmiş, itirilmiş torpaqlarımızın danışıqlar yolu ilə həllinə otuz il ərzində nail olunmamış, əksinə, mənfur düşmən ölkəmizə qarşı təxribatlarını daha da intensivləşdirmişdi.

Ermənistanın artan hərbi təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də əks-hücum əməliyyatları ilə başlayan Vətən müharibəsi Azərbaycan torpaqlarının azad edilməsi üçün yeni mərhələnin başlanğıcı oldu. Bu, həm də Azərbaycan xalqının torpaqların qaytarılması arzusundan irəli gəlirdi.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müharibənin ilk günlərindən tarixi torpaqlarımızı, strateji ərazilərimizi və yüksəkliklərimizi işğaldan azad edən rəşadətli Azərbaycan Ordusu daha da ruhlanaraq 44 gün ərzində Qarabağ torpaqlarında mərdliklə vuruşaraq əsl qəhrəmanlıq dastanı yazdı. Döyüş meydanında şanlı tarix yazan Azərbaycan Ordusu ermənilərin 30 il ərzində qurduğu istehkamları qısa müddətdə darmadağın edərək uğurlu əks-həmlə əməliyyatları ilə 8 Noyabr - Zəfər Gününə gedən yolu günbəgün yaxınlaşdırırdı. Azərbaycanın hərb sahəsində qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması əməliyyatı müharibənin taleyində həlledici rol oynadı.

Beləliklə, yağı düşmən üzərində cəmi 44 gün ərzində şanlı Qələbə çalan Azərbaycan xalqı özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi.
Daha sonra Şabran rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamı ilə mükafatlandırılmış rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup müharibə veteranı və rayon gəncinə Fəxri Fərmanlar təqdim olunub.






Region QHT-ləri: mətbuat onların fəaliyyətini işıqlandırmaqda nə dərəcədə maraqlıdır?Yaxud bölgələrdə fəaliyyət göstərən QHT-lər mətbuat və sosial medianın imkanlarından yararlana bilirlərmi?

(Əvvəli 28 oktyabr tarixində)

Beləliklə, vurğulandığı kimi Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları içərisində region QHT-lərinin də özünəməxsus yeri var. Region QHT-ləri yerlərdə əhalinin maariflənməsi, onların bilik və bacarıqlarının artırılması üçün faydalı işlər görür, bir-birindən maraqlı layihələr reallaşdırırlar.

Belə region təşkilatlarından biri də Qəbələ Regional Gənclərin Resurs Mərkəzi İctimai Birliyidir. İctimai Birliyin sədr müavini Anar Məhərrəmov deyir ki, QHT-lərin hər birinin mətbuatla əməkdaşlığı fərqlidir: “Bu münasibət, əməkdaşlıq səviyyəsi QHT-lərə görə dəyişir. Qarşılıqlı əməkdaşlığın əhəmiyyətli olduğunu dəyərləndirən təcrübəli QHT-lər bu işdə maraqlıdırlar. Onlar öz fəaliyyətləri, icra etdikləri layihə, təşkil etdikləri tədbirlərlə bağlı öncədən press-relizlər hazırlayır, redaksiyaya göndərirlər. Yaxud tədbirlərinə mətbuat nümayəndələrini dəvət edir, iştirakını təmin etməyə çalışırlar. Bir sözlə, təcrübəli QHT-lər KİV ilə əməkdaşlığa yüksək önəm verirlər”.

Sosial mediadan istifadəyə gəlincə, A.Məhərrəmov “demək olar ki, bütün yerli QHT-lərin özünün sosial şəbəkələrdə, xüsusilə, Facebook və İnstagramda öz səhifəsi var. Onlar fəaliyyətlərini əks etdirən foto və məlumatları öz səhifələrində yerləşdirirlər. Təcrübəli QHT-lər sosial şəbəkələr, ümumiyyətlə, marketinq, rəqəmsal marketinq alətlərilə bağlı qismən, yaxud orta səviyyədə məlumatlıdırlar”, - deyib.

Bununla belə Anar Məhərrəmov bildirir ki, bu istiqamətdə QHT nümayəndələrinin təlimlərə cəlb edilməsinə ehtiyac var.

Digər həmsöhbətimiz, Şəki şəhərində fəaliyyət göstərən "Balans" İqtisadi Maarifləndirmə İctimai Birliyinin (“Balans” İMİB) sədri Möhübbəli Nağıyev də maraqlı məqamlara toxundu.

Öncə onu deyək ki, 2007-ci ildən fəaliyyətə başlayan təşkilat indiyə qədər 15 layihə həyata keçirib.

Birliyin media fəaliyyəti, təbliğat və təşviqat, eləcə də marketinq xidmətləri ilə sədr özü məşğul olur: “Ancaq, layihələrdən və fəaliyyətin genişliyindən asılı olaraq layihə müddətində media ilə əlaqələr üçün müvəqqəti kontraktla işçi cəlb olunur. Facebook.com, WhatsApp.com, Linkedin.com və Twitter.com sosial şəbəkələrindən, Youtube.com saytından istifadə edirik və mütəmadi olaraq fəaliyyətimiz haqqında məlumatlar dərc olunur. Lakin, KİV ilə münasibətlər bizim ən yaralı yerimizdir. Belə ki, əvvəllər yerli və regional qəzetlərlə işləyirdik, yazılarımız və fəaliyyətimiz mütəmadi işıqlandırılırdı. O zaman, həmin media qurumları ödənişlə bağlı (çünki, nəqd ödəniş edə bilirdik) sənədləşmə apara bilirdilər. İndi bu məsələ çox çətinləşib. Biz də başa düşürük ki, bütün media qurumlarının, saytların xidmətlərinin qarşılığı olmalı və ödəniş edilməlidir. Lakin, e-qaimə və köçürmə dedikdə heç bir media qurumu QHT-lərin materiallarını çap etmir və yayımlamır. Bircə QHT.az saytı bizimlə işləyir. Məlumdur ki, Agentlik və digər fondlar təbliğata və təşviqata daha çox önəm verirlər. Bununla belə, bunun üçün nəzərdə tutlan maliyyə vəsaitinin həcmi artırılsa çox yaxşı olar”.

“Bundan başqa, heç bir müstəqil və ya dövlət saytları QHT məlumatlarını yayımlamaqda maraqlı deyillər. Hər layihəmiz zamanı ən azı 20 sayta müraciət edirəm. Lakin indiyədək QHT.az saytından başqa heç bir saytdan müsbət və ya mənfi cavab almamışam”, - deyə təşkilat sədri onları narahat edən problemi dilə gətirib.

Həmsöhbət olduğumuz daha bir region QHT-si, Qazax rayonunda fəaliyyət göstərən "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Tükəzban Süleymanova öncə onu bildirdi ki, indiyədək 15-dən çox layihə icra olunub. Bu layihələr çərçivəsində 5 film, eləcə də intiharlar mövzusunda "İntiharlara YOX deyək!" adlı sosial çarx hazırlanıb.

Onun sözlərinə görə, təşkilatın rəsmi Facebook, Instagram səhifələri, YouTube və Tik-Tok kanalları mövcuddur. Region təşkilatı olaraq, yerli KİV-lərlə əlaqələri yaxşıdır.

İcra etdikləri layihə və tədbirlər barədə bir neçə yerli və mərkəzi saytlarda materiallar paylaşılır. QHT.az saytı və bir sıra digər saytlarla əməkdaşlıqları var. Bunlarla yanaşı bəzi KİV-lərlə əməkdaşlıqda bəzən problemlər yaşadıqlarını bildirən T.Süleymanova göndərdikləri press-relizlərin ya işlqlandırılmadığını qeyd edir. “QHT-lərə Dövlət Dəstəyi Agentliyi layihələrin KİV-lərdə işıqlandırılması üçün bir paket – 250 manat vəsait ayırır. Bu vəsait də 4-5 KİV-lə müqavilə bağlanıb ödənməlidir. Qarşımıza hərdən elə media orqanları çıxır ki, xəbərin dərci üçün bizdən çox yüksək məbləğ istəyirlər. Heç kimi qınamırıq, sayt və qəzetlərin pul qazanmaq istəyini də başa düşürük. Onlardan bunu tələb etmək də olmaz. Ancaq bizi də başa düşsünlər. Tədbirlərimizin telekanallarda işıqlandırılması da böyük problemdir”.

Beləliklə, ölkənin müxtəlif regionlarını əhatə edən (Lənkəran, Mingəçevir, Qəbələ, Şəki, Qazax) QHT-lərlə bağlı apardığımız araşdırmanın nəticəsi real mənzərəni ğöz önündə bir daha canlandırdı. Buradan belə qənaətə gəlinir:

* Regionlarda QHT-lərin rolu hələ də tam qüvvəsilə dəyərləndirilmir
* Mətbuat ilə əməkdaşlıqda xeyli problemlər mövcuddur
* Sosial medianın üstünlükləri, yaratdığı imkanlarla bağlı QHT nümayəndələri ya yetərincə məlumatlı deyillər, ya da bu interaktivliyi təmin etmək üçün bilik və bacarqıları çatışmır.

Sadaladığımız amillər QHT-lərin fəaliyyəti üçün kifayət qədər ciddi məsələ olduğuna görə buradan belə nəticəyə gəlinir ki, mətbuatla, sosial media ilə davranış və əməkdaşlıq istiqamətində QHT-lərin, xüsusilə, region QHT-lərinin maarifləndirilməsinə ehtiyac vardır. Bunun üçün də “QHT-lərin mətbuat və sosial media ilə iş bacarıqlarının inkişaf etdirilməsi” tipli layihələrin gələcəkdə də davam etdirilməsi vacibdir.

Cavid Şahverdiyev

Məqalə “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “QHT-lərin mətbuat və sosial media ilə iş bacarıqlarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində hazırlanıb
İlham Əliyev düz edir, ona mane ola bilmərik - Əli İnsanovPrezident İlham Əliyev öz tarixi missiyasını uğurla yerinə yetirməkdədir. Xalqımızın ümidlərini doğruldur və arzularını gerçəkləşdirir.

Avrasiya.net xəbər verir ki, bu sözləri sabiq səhiyyə naziri Əli İnsanov rəhbəri olduğu Haqq Ədalət Partiyasının İdarə Heyətinin iclasında çıxışı zamanı deyib.

O bildirib ki, Prezident İlham Əliyev uzun illərdir Qarabağ problemi ilə məşğuldur və o, bu məsələni bizim hamımızdan yaxşı bilir:

“O, hansı dövlətlə, hansı siyasi rəhbərlə necə əlaqə qurur, onu bu problemin həllinə necə cəlb edə bilir, hesab edirəm, düz edir. Mane olmamalıyıq. Bizlər isə bütün iddialarımızdan bir müddət əl çəkərək, bu tarixi şansdan yararlanaraq, problemin həllini Azərbaycanın xeyrinə yönəltmək üçün cənab Prezidentə bacardığımız dəstəyi verməliyik.

Müşahidələrim mənə bunu deməyə əsas verir ki, Prezident İlham Əliyev Qarabağ probleminə aidiyyəti, yaxud maraqları olan ölkələri və liderləri çox məharətlə bizim bu tarixi problemimizin yaxşı mənada həllinə cəlb edə bilir. Odur ki, Haqq Ədalət Partiyası olaraq, daim dövlətimizin və ordumuzun yanında olduğumuzu bildirir, Prezident İlham Əliyevin apardığı siyasəti birmənalı dəstəklədiyimizi bəyan edirik”.

Xatırladaq ki, Əli İnsanov səhiyyə naziri olarkən, 2005-ci ilin oktyabrında həbs olunmuşdu. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunurdu. 2007-ci ilin aprelində əmlakı müsadirə olunmaqla o, 14 il müddətinə azadlıqdan məhrum olunmuşdu.

2019-cu ildə həbsdən çıxan sabiq nazir hakimiyyətə müxalif olduğunu bəyan edərək Haqq Ədalət Partiyasını yaratmışdı.

İranda etirazçılar SEPAH zabitini öldürübİranın Kərəc şəhərində hökumət əleyhinə nümayişlər zamanı İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) zabiti öldürülüb, beş polis yaralanıb.

Avrasiya.net xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.

Məlumata görə, etirazçılar Kərəc şəhərinin “Beheşt Səkinə” qəbiristanlığında toplaşaraq “Ölüm olsun diktatora!” şüarlarını səsləndiriblər.

Etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verib. Kərəcdə etirazları nəzarətdə saxlamaq üçün qonşu əyalətlərdən əlavə qüvvələr yeridilib.
İtkin düşən kişinin asılmış meyiti tapıldıLənkəranda dörd gündür itkin düşən şəxsin meyiti tapılıb.

Avrasiya.net APA-ya istinadən xəbər verir ki, bu gün səhər saatlarında Lənkəran şəhəri Mirsalayev küçəsi 56 ünvanındakı evdə 1966-cı il təvəllüdlü Məmmədağa Əyar oğlu Əhmədovun meyiti asılı vəziyyətdə aşkarlanıb.

Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb. Meyit aidiyyəti üzrə təhvil verilib.

Yaxınları M.Əhmədovun dörd gündür itkin düşdüyünü bildiriblər.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
İran kanalı Bakıdakı casus şəbəkəsini özü ifşa etdiİranın “Səhər” kanalının Azərbaycan haqqında hazırladığı və daha çox öz fəaliyyətlərini tənqid etmək kimi görünən verilişdə səslənən fikirlər iki suala cavab verir:

Birincisi, İran şiəlikdən necə siyasi alət kimi istifadə edir və Azərbaycana qarşı planları nədir;

İkincisi, İranın Azərbaycandakı casus şəbəkəsini harada axtarmaq lazımdır?!

Verilişdə qeyd olunur ki, İran 30 il vaxt itirdi, mövqeləri zəiflədi və Azərbaycanda potensial şiə hərəkatı boşa çıxdı.

- İndi Azərbaycanda İran hər gün ittiham olunur: İrana qarşı ittihamlara cavab verəcək adamları bu illər ərzində Azərbaycanda yetişdirmək mümkün deyildi? Bir qrup şəxsdən başqa heç kim etmir;

- İranda təhsil alan, İmam Mehdinin “çörəyini yeyən” minlərlə tələbə haradadır?

Bu, molla rejiminin İranda təhsil alan tələbələrə potensial təsir agenti kimi baxdığının etirafıdır: mollalar “İmam Mehdinin çörəyi”ni yeyən tələbələrindən dəstək istəyir, eyni zamanda, hələ də “bir qrup şəxsin” onların təsirində olduğunu deyirlər.

Və belə etiraf Azərbaycan dövlətini dini təhsil məsələsinə daha da həssas yanaşmasını zəruri edən amildir.

- İranın pulu ilə Azərbaycanda yaradılan xəbər saytları indi Ankara və Bakını niyə təbliğ edir?

Molla rejimini təbliğ edən media resurslarının sayları azalsa da, olduğunu bilirik. “Səhər” telekanalı bunu etiraf edir. Bu media orqanlarının “Ankara və Bakını təbliğ etməsi”nə İranın uğursuzluğu kimi baxmaq olar, lakin o da istisna deyil ki, bunu şəraitə uyğun edir və bu yolla özlərini gizlədirlər.

- Küçələrdə İrana dəstək verəcək on minlərlə dindar haradadır?

İran Azərbaycandakı dindarları öz tərəfdarı kimi təqdim edir, lakin dindar olmaq “İran casusu” olmaq demək deyil: molla rejiminin bu tezisində hədəfi bütün inanclı azərbaycanlılar haqda şübhə toxumu səpmək, onları hədəfə çevirmək məqsədi daşıya bilər; inanclı kəsim molla rejiminə qarşı mövqeyi ilə öz tərəfini seçməli və başqa ölkənin onlardan siyasi alətə kimi istifadə cəhdinə imkan verməməlidir.

- Azərbaycanın təhlükəli olduğunu başa düşdük, bəs Rusiya və İranda yaşayanlar hardadır, niyə susurlar?

Mollalar Cənubi Azərbaycandakı soydaşlarımızı Bakıya qarşı qaldırmaq, dini kimliyin milli kimliyin önünə keçməsinə nail olmaq istəyirlər. Burada əsas diqqətçəkən məqam “Rusiyadakı azərbaycanlılardan” dəstək istəmələridir. İranın Azərbaycanla yanaşı, Rusiya və Gürcüstandakı soydaşlarımızı da öz təsirinə salmaq istiqamətində çalışdığı, müəyyən nəticələr əldə etdiyi də bəllidir.

Borçalıda tərəfdarları var, o cümlədən, Rusiyada, xüsusilə Moskvada azərbaycanlıların ibadət etdiyi məscidlərdə İran təbliğatının güclü olduğunu bilirik. İstisna deyil ki, İran Azərbaycanla qarşıdurmada Rusiyada və Gürcüstanda yaşayan azərbaycanlı tərəfdarlarından da istifadə etməyə çalışacaq.

Etiraflardan ibarət olan bu çağırışların hədəfinin Azərbaycanda dindar kəsimi “İranın müdafiəsi” məqsədilə hərəkətə keçirmək olması ehtimalı da nəzərdən qaçmamalıdır.

Asif Nərimanlı