Sizin Reklam Burada

"Dövlətçiliyimizin, müstəqilliyimizin rəmzi olan üçrəngli bayrağımız milli qürurumuzdur"

"Dövlətçiliyimizin, müstəqilliyimizin rəmzi olan üçrəngli bayrağımız milli qürurumuzdur"Dövlətçiliyimizin, müstəqilliyimizin rəmzi olan üçrəngli bayrağımız milli qürurumuzdur. Üçrəngli bayrağımızın dövlət rəmzlərindən biri kimi qəbul edilərək ucaldılması Azərbaycan Xalq Cümhuriyyəti dövrünə təsadüf edir. Qeyd etməliyik ki Azərbaycanın üçrəngli Dövlət bayrağının ilk dəfə dalğalanmasından 104 il ötür. 1918-ci ilin noyabrından 1920-ci ilin aprelinədək millətin başı üzərində dalğalanan üçrəngli dövlət bayrağımız yalnız 70 il sonra, müasir Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə hələ sovet əsarətindən qurtulmağımıza bir il qalmış Naxçıvan Muxtar Respublikasının Ali Məclisində rəsmi dövlət atributu kimi təsdiqlənmiş, həmçinin Ümummilli Liderin təşəbbüsü ilə bu məsələ ilə bağlı Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırılmış, nəticədə milli bayrağımız ölkəmizin dövlət rəmzi kimi qəbul edilmişdir. Xalqımız 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya aktı ilə müstəqil Azərbaycan Respublikasının dövlət bayrağını bərpa etməklə bayrağımızı uca zirvələrə qaldırdı və milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrildi.

Xüsusi olaraq qeyd etməliyik ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının fəaliyyəti dövründə milli ideallara bağlılığı özünü həm də üçrəngli bayrağımıza münasibətdə daha qabarıq göstərir. Ümummlilli liderin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə qərarı bunun bariz nümunəsidir. Meydanda qurulmuş Azərbaycan Respublikasının Gerbi, Dövlət himninin mətni və Dövlət Bayrağı Muzeyi Bayraq Meydanının görkəminin möhtəşəmliyini daha da artırmış, onu baxımlı etmişdir. Cənab Prezidentin 2009-cu ildə imzaladığı sərəncamla 9 noyabr tarixinin Dövlət Bayrağı Günü kimi təsis edilməsi ölkə rəhbərinin öz xalqının tarixi keçmişinə, dövlətçilik ənənələrinə və milli-mənəvi dəyərlərinə göstərdiyi diqqətin sübutudur.

Xalqımızın qürur mənbəyi və iftixarı, dövlət müstəqilliyimizin əsas atributlarından olan üçrəngli bayrağımız milli ideologiyamızın təməl prinsiplərini tam mənası ilə izah edir. Azərbaycan bayrağı tarixin müxtəlif sınaqlarına baxmayaraq, dövlətimizi dünyaya tanıdan rəmzlərdən biridir. Və hər bir vətəndaşın öz dövlətinin bayrağını, atributunu sevmək, onlara hörmətlə yanaşmaq borcudur. Üçrəngli bayrağımız müstəqilliyimizin rəmzi olmaqla yanaşı, həm də bizim milli qürurumuz, milli kimliyimizdir. Azərbaycan bayrağını müqəddəsləşdirən təkcə onun and yerimiz olması deyil, bayraq həm də dövlətimizin, bütövlükdə, xalqımızın gələcək yolunu müəyyənləşdirən bələdçidir. Bayrağı bayraq edən onun üzərindəki şəhid qanıdır. Məhz 44 günlük Vətən müharibəsi bunu bir daha sübuta yetirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbəliyi altında rəşadətli ordumuz qanı, canı hesabına 30 ilə yaxın müddət ərzində işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad edərək ərazi bütövlüyümüzü bərpa etmiş oldu. Qürurverici haldır ki, hazırda işğaldan azad edilmiş bütün ərazilərimizdə müstəqilliyimizin, azadlığımızın rəmzi olan üçrəngli bayrağımız dalğalanır.

Rəşad Rəhmanov
Siyəzən şəhər 2 saylı tam orta məktəbin direktoru

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər