Sizin Reklam Burada

Azər Süleymanovdan Zəfər TƏBRİKİ

Azər Süleymanovdan Zəfər TƏBRİKİMöhtərəm, cənab Prezident! Əziz və dəyərli Xalqım!
Qarabağ savaşının və Şuşanın erməni işğalından azad olunmasının ikinci ildönümü yaxınlaşır. Son 30 ildə Ermənistanın və erməni terrorçu silahlı birləşmələrinin işğalçı hücumlarına nəhayət ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik qabiliyyəti sayəsində son qoyulmuşdur. Azərbaycanın 20 faiz itirilmiş ərazisinin təəssüf ki, beynəlxalq qanunların, qəbul olunmuş qətnamələrin sayəsində atəşkəs şəraitində deyil, minlərlə Qazi və Şədimizin canı və qanı bahasına geri qaytarılmışdır.

Bu Zəfər artıq Cənubi Qafqazda mehriban qonşuluq münasibətlərinin təməlində Azərbaycan ordusunun dayandığını birmənalı olaraq ifade etmişdir. Müzəffər ordumuz qədim Qafqazda sülhün qarantı rolunu layiqincə bundan belə davam etdirəcəyində məndə böyük əminlik hissi yaradıb. Artıq inanınıq ki, Ali Sərkərdənin yürütdüyü xarici siyasəti və beynəlxalq aləmdə Ermənistan-Rusiya-İran birliyinə qarşı ədalətli mübarizəsi mənfur niyyətli rus ordusunun “sülhməramlı” statusunu da tezliklə sona erdirəcək.

Həmçinin qonşu İranın son aylarda Azərbaycana qarşı apardığı hədələyici xarici siyasəti, hərbi hədə-qorxu yaratmaq niyyətli uydurma istəkləri də gorbagor olacaqdır.

Əgər yaxın qonşular 30 ildə Azərbaycan xalqının haqq səsini eşitməyibsə, deməli torpaqların da hərbi yolla azad olunması qaçılmaz idi. Bütün bunlara baxmayaraq, doğma vətənimiz Gürcüstan qanşu olmaqla yanaşı, dost-qardaş bir dövlət olduğunu dünyanın gözü qarşısında mərdcəsinə sərgiləyib, təcavüzkara öz ərazisindən hərbi dəstəyi qadağan etdi. Biz Gürcüstanımızın bu addımından fəxr və qürur hissiylə hər yerdə həmişə danışacağıq.

Buradakı Soydaşlarımız azərbaycanlı olaraq işğal olunmuş Abxaziyamızın, Osetiyamızın - öz ərazilərimizin də tezliklə beləcə rus işğalından azad olunacağına böyük ümidlər bəsləyirlər. İşğal olunmuş Vətən nə deməkdir? - onu Biz Borçalılar da dərindən hiss edib yaşayırıq.

Amma gec-tez haqq-ədalət öz yerini tutur. Azərbaycan Ordusunun 44 gün ərzində Şuşanın azad olmasıyla bitən qələbəsi, həm də onu göstərdi ki, əzm və böyük iradə sahibi olan xalqlar heç vaxt torpaqlarının işğalıyla barışmayıb. Gün gələcək Azərbaycan-Gürcü xalqları bu böyük qardaşlığı, dostluğu, səmimi qonşuluq münasibətlərini ortaq böyük hərbi ittifaqda yekunlaşdıracaq və Gürcüstanın da ərazi bütövlüyü uğrunda eyni rəşadəti göstərəcəkdir.

Əziz Azərbaycan Xalqı! Mən də Sizlərdən biri kimi hamımızı,başda Ali Baş Komandan cənab İlham Əliyevi Böyük Zəfər münasibətilə təbrik edir, Qazilərimizə can saglamlığı, şəfa, Şəhidlərimizə Allahdan rəhmət diləyirəm.

Bütün cəbhə boyunca qanı bahasına düşməni torpaqlarımızdan vurub çıxardan Azərbaycan əsgərini Allah qorusun, yolunu müzəffər eyləsin! Uca Tanrı Şuşaya sancılan şanlı bayrağı tezliklə Xocalıya, Xankəndinə də sancmaqda yoluna-qoluna güc-qüvvət versin. Amin! Zəfərin Mübarək Azərbaycan!

Hörmətlə: Azər Süleymanov,
Gürcüstan Parlamentinin sabiq deputatı

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər