Sizin Reklam Burada

"Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxlaya bildi"

"Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxlaya bildi"Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan vətəndaşlarının milli həmrəyliyinin, vahid məfkurə ətrafında sıx birləşməsinin başlıca amillərindən biridir.

Cəmi 23 ay fəaliyyət göstərmiş Azərbaycan Xalq Cumhuriyyəti tarixinin hər bir anı heç bir qiymət vahidi ilə ölçülə bilməyəcək tükənməz xəzinə və zəngin həyat məktəbidir. Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın dövlətçilik salnaməsinin ən parlaq səhifələrindən birini təşkil edir.

Azərbaycan Xalq Cümhuriyyəti yarandığı gündən etibarən dövlət quruculuğu işlərinə başlamış və 1918-ci il 9 noyabr tarixində üçrəngli Azərbaycanın dövlət bayrağı qəbul edilmişdir. Azərbaycan Cümhuriyyətinin üçrəngli dövlət bayrağı türk milli mədəniyyətini, müasir Avropa demokratiyasını və İslam sivilizasiyasını özündə təcəssüm etdirirdi. Lakin 1920-ci ilin aprel işğalından sonra Azərbaycan Xalq Cümhuriyyəti süqut etmiş, müstəqil dövlətçiliyimizlə yanaşı üçrəngli Dövlət bayrağımızın varlığına son qoyulmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti süqut etsə də ancaq onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası heç bir zaman unudulmadı.

Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxlaya bildi. Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk dövrdə respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı.

Məhz Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə üçrəngli bayrağımız 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi təsdiq edildi. Ulu Öndərin bu cəsarətli addımından sonra 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Sovetinin qərarı ilə üçrəngli bayrağımız Azərbaycan Respublikasının Dövlət bayrağı kimi qəbul edildi. Nəhayət 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa etmiş oldu. Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörmət və ehtiramı təmin etmək məqsədilə Prezident İlham Əliyev cənabları 2009-cu il noyabrın 17-də “Azərbaycan Respublikasının Dövlət bayrağı gününün təsis edilməsi haqqında” sərəncam imzalamışdır. Bu sərəncamla hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir.

Hazırda müstəqilliyimizin və azadlığımızın rəmzi olan Dövlət bayrağımız respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə, idman yarışlarında və işğaldan azad edilmiş tarixi torpaqlarımızda qaldırılaraq milli birliyi təcəssüm etdirir. Qeyd etməliyik ki, Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan vətəndaşlarının milli həmrəyliyinin, vahid məfkurə ətrafında sıx birləşmələrinin başlıca amillərindən biridir.

Üçrəngli bayrağımız Azərbaycanımızın müstəqilliyinin, xalqımızın milli mənsubiyyətinin, tarixinin, mənəvi dünyasının rəmzidir. Hər bir Azərbaycan vətəndaşı bayrağımıza ehtiram göstərir, bunu özünün müqəddəs borcu kimi qəbul edir. Üçrəngli bayrağımız hər zaman əbədi olacaq, bütün dünyada Azərbaycan dövlətinin və xalqının imzasını qürurla təsdiqləyəcək.

Samir Baxşiyev
YAP Siyəzən rayon təşkilatının sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər