İcra hakimiyyətinin işçisi otağında ölü tapıldıSaatlı rayon İcra Hakimiyyətinin əməkdaşı iş otağında ölmüş halda aşkar edilib.

Avrasiya.net APA-ya istinadən xəbər verir ki, Saatlı İcra Hakimiyyətində ictimai-siyasi və hümanitar məsələlər şöbəsinin baş məsləhətçisi işləyən rayonun Telmankənd kənd sakini Əhəd Cavanəli oğlu Behbudovun İH-də iş otağında meyiti tapılıb.

Onun sentyabrın 16-dan telefon zənglərinə cavab vermədiyi bildirilir.

Ölümün səbəbi araşdırılır.

Faktla bağlı Saatlı prokurorluğunda araşdırma başlayıb.
"Ermənistan Üçtərəfli Bəyanatın şərtlərinə əməl etməlidir"Azərbaycanın haqq səsinin dünyada eşidilməsi baxımından ölkə başçımızın iştirak etdiyi beynəlxalq konfranslar, görüşlər mühüm rol oynayır.

Azərbaycan əməkdaşlıq etdiyi tərəfdaşları ilə bərabərhüquqlu, hər iki tərəfin iqtisadi və siyasi maraqlarının gözlənilməsi üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi siyasətini həyata keçirir.
Cənab Prezidentimiz tez - tez səfərlər edir və bu səfərlərin hər biri mühüm əhəmiyyətə malikdir.

Belə səfərlədən biri də Cənab Prezidentimizin yaxın günlərdə Səmərqəndə getməsi və orada Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkərinə Sammitində çıxışı olmuşdur.

İlk öncə onu qeyd etmək istəyirəm ki, sərhəddə baş verən təxribatlardan sonra öncə KTMT-də istədiyi diqqəti cəlb edə bilməsə də, layiq olduğu cavabı alan erməni baş nazirə və erməni cəmiyyətinə növbəti zərbə elə Səmərqənddə vuruldu.

Prezident cənab İlham Əliyevə olan diqqət, hörmət və qayğı sanki dünyanın yeni nizamında yerimizin göstəricisi idi. Prezidentimiz çıxışı zamanı sərhəd insidentləri ilə bağlı bütün məsuliyyəti rəsmi İrəvanın daşıdığını bildirərək görüş iştirakçılarına məsələ ilə bağlı ətraflı məlumat vermişdir.

Bu təşkilata üzv olan 2 ölkə BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü, bir neçəsi isə nüvə silahına malik ölkələrdir. Şanxay Əməkdaşlıq Təşkilatına üzv olan ölkələr Azərbaycanla strateji tərəfdaş olduqlarını və ərazi bütövlüyümüzü dəstəklədiklərini ifadə etmişlər.

2020-ci ilin sentyabr-noyabr aylarında 44 günlük Vətən müharibəsini tarixi Zəfərlə başa vuran Azərbaycan xalqı öz torpaqlarını işğaldan azad etdi və bununla da tarixi ədalət bərpa olundu. İndi isə Azərbaycan bu regionda dayanıqlı sülh və təhlükəsizliyi təmin etmək niyyətindədir. Bu məqsədlə ölkəmiz Ermənistana sülh müqaviləsinin bağlanması üzrə danışıqlara başlamaqla bağlı çağırışlar edir.

Təbii ki, Ermənistan 2020-ci il 10 noyabr tarixində imzalanmış Üçtərəfli Bəyanatın şərtlərinə əməl etməlidir. O cümlədən Şərq-Qərb nəqliyyat dəhlizinin mühüm tərkib hissəsi olacaq Zəngəzur dəhlizi tezliklə açılmalıdır. Cənab Prezidentimizin çıxışında qeyd etdiyi kimi, Azərbaycan Vətən müharibəsində Qələbədən və Ermənistanla münaqişənin həllindən sonra Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası, o cümlədən beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üzrə genişmiqyaslı işlər görməyə başlayıb.

Biz bir daha bu görüşləri yüksək şəkildə qiymətləndirir və cənab Prezidentimizin uğurlu siyasətini dəstəkləyirik .

Gülər Kərimova
Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatının məsləhətçisi
Koronaya yoluxanların sayı kəskin azaldıAzərbaycanda son sutkada koronavirus infeksiyasına 70 yeni yoluxma faktı qeydə alınıb, 83 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada COVID-19-dan ölən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 8 19 588 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 808 050 nəfər müalicə olunaraq sağalıb, 9 886 nəfər vəfat edib, aktiv xəstə sayı 1 652 nəfərdir.

Ölkədə son sutka ərzində 1 788, hazırkı dövrədək isə 7 217 551 test aparılıb.
Azərbaycan Fransaya NOTA VERDİ19 sentyabr 2022-ci il tarixində Fransanın Azərbaycandakı səfiri Zakari Qros Xarici İşlər Nazirliyinə çağırılıb və görüş zamanı bir gün öncə Fransadakı Azərbaycan səfirliyinə qarşı bu ölkədəki radikal erməni qrupları tərəfindən törədilən hücumla bağlı XİN-in etiraz notası Fransa səfirinə təqdim edilib.

Bu barədə Avrasiya.net-ə XİN-dən məlumat verilib.

Bildirilib ki, görüşdə xarici işlər nazirinin müavini Xələf Xələfov, Fransadakı erməni diasporunun radikal ekstremist qüvvələrindən ibarət qrupun Azərbaycan Respublikasının Paris şəhərindəki səfirliyinə hücumunun nümayişkaranə surətdə Fransa qanunlarının və ümumtanınmış beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması ilə müşayiət edildiyi qarşı tərəfin diqqətinə çatdırılıb. Hücum zamanı səfirliyin binasına maddi ziyan vurulduğu, diplomatik nümayəndəliyin fəaliyyətinə və əməkdaşların həyatlarına təhlükə yaradıldığı qeyd edilib.

Nazir müavini Xələf Xələfov tərəfindən radikal erməni qruplarının bu hərəkətlərinə şəraitin yaradılması və vaxtında qarşısının alınmamasına görə qəti etiraz bildirilib, diplomatik əlaqələr haqqında 1961-ci il tarixli Vyana Konvensiyasına uyğun olaraq diplomatik nümayəndəliklərin təhlükəsizliyinin qəbul edən ölkə tərəfindən təmin edilməsi öhdəliyinin Fransa tərəfindən yerinə yetirilməməsinə görə dərin təəssüf ifadə edilib.

Həmçinin, diplomatik nümayəndəliyə və onun heyətinə təhlükə yaradan vandalizm aktının Fransanın hüquq-mühafizə orqanları tərəfindən hərtərəfli araşdırılması, müvafiq hüquqi qiymətin verilməsi, təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi və vurulmuş ziyanın ödənilməsinin təmin olunması tələb edilib.

Fransa səfiri Azərbaycan səfirliyinə qarşı baş verən hadisənin təəssüf doğurduğunu bildirib. Azərbaycan tərəfinin müraciətinə müvafiq olaraq, hadisəyə müvafiq hüquqi qiymətin verilməsi üçün aidiyyəti addımların atılacağı qeyd edilib.
Sərhəddəki atışmada 41 tacik ÖLÜBTacikistanın xarici işlər naziri Sodik İmomi sərhəddəki hadisələrlə bağlı brifinq keçirib.

 XİN başçısı brifinqdə Qırğızıstanla sərhəddə baş verən toqquşmada həyatını itirənlərin sayını açıqlayıb.

"Qırğızıstanın aqressiv hərəkətləri nəticəsində hazırda 41 nəfərin öldüyünü təsdiqləyə bilərik", - nazir deyib.

Qırğızıstan tərəfindən isə ötən gün ölənlərin sayının 60 nəfər olduğu açıqlanmışdı.
Novruzovun turnikdə dartınan zaman qolu sındıMilli Məclisin deputatı Siyavuş Novruzovun qolu sınıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Report-a açıqlamasında deputat özü məlumat verib.

Onun sözlərinə görə, xoşagəlməz hadisə ilə idman edərkən üzləşib:

"Təxminən, 10 gün əvvəl turnikdə dartınan zaman qolum sındı. İndi yaxşıyam, gipsə qoyuldu və müalicələr edildi. Ciddi bir şey yoxdur. Müalicədə irəliləyişlər var”.
Sərhəd toqquşması: İran səylərini dayandırmırİran Ermənistan və Azərbaycan arasında problemlərin həllinə töhfə vermək səylərini dayandırmır.

Bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani brifinqdəki çıxışı zamanı söyləyib.

"Təəssüf ki, ötən günlərdə biz Azərbaycan və Ermənistan arasında hər iki tərəfdən çoxsaylı insan tələfatı və yaralanması ilə nəticələnən yeni sərhəd toqquşmalarının şahidi olduq. İran bir qonşu kimi regional böhranların həllinə konstruktiv kömək etməyə çalışır. İran təcili siyasi tədbirlər görüb“, - Kənani qeyd edib.

Onun sözlərinə görə, İran tərəfləri sülh danışıqlarına qayıtmaq üçün fəal diplomatik səylər göstərib. Bu problemin həlli, onun nöqteyi-nəzərindən, hər iki tərəfdən siyasi iradə, eləcə də regional siyasi formatlardan istifadəni tələb edir.
ABŞ Bakıya sanksiya tətbiq edə bilərmi?ABŞ-ın Azərbaycana sanksiya tətbiq etməsi cəfəngiyyatdır. Çünki Azərbaycanın Avropa Birliyi ilə yeni qaz sazişi imzaladığı bir dövrdə hansısa sanksiyaların tətbiq edilməsi ehtimalı sıfırdır.

Avrasiya.net xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında ekspert Natiq Cəfərli ABŞ nümayəndələr Palatasının spikeri Nensi Pelosinin İrəvanda Azərbaycan əleyhinə səsləndirdiyi bəyanatları şərh edərkən deyib.

“Nensi Pelosinin Ermənistana səfərinə çox böyük önəm verməyə ehtiyac yoxdur. Çünki onun vəzifəsini tamamlamasına 2 ay qalıb. Seçkilərdən sonra çox böyük ehtimalla o, daha ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri olmayacaq. Onun siyasi karyerasının sonunu yaşadığını, həm yaşını, həm də respublikaçıların sorğulardakı böyük üstünlüyünü nəzərə alsaq, Pelosinin Ermənistana səfəri son siyasi dvidentlərini qazanmaq məqsədi daşıyırdı. Ona görə də bu səfəri ciddi qarşılamaq o qədər də doğru deyil. Azərbaycan haqqlı olaraq diplomatik dillə və XİN xətti ilə buna cavab verdi”, - N.Cəfərli bildirib.
"Ekonomiks" “Şuşa İli”nə həsr olunmuş ilk tədbirini San Fransiskoda keçirdiAzərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqəsinin qalibi olmuş "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi “ABŞ-da Şuşa ilinə həsr edilmis silsilə tədbirlərin təşkili” layihəsi çərçivəsində ilk tədbirini ABŞ-ın Kaliforniya ştatının San Fransisko şəhərində keçirilib.

Tədbirdə ABŞ cəmiyyətində tanınmış nüfuzlu ictimai xadimlər və alimlər iştirak etmişdilər. Erməni təcavüzü nəticəsində şəhid olmuş hərbçilərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

"Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi Sədri professor Fikrət Yusifov tədbirdə məruzə ilə çıxış etmişdir. O, məruzəsində birinci Qarabağ müharibəsi zamanı erməni hərbi birləşmələri tərəfindən torpaqlarımızın və mədəniyyət beşiyimiz olan Şuşanın işğalından, 30 ilə yaxın vaxt ərzində erməni vandallarının işğal altında saxladıqları torpaqlarımızda törətdikləri vəhşiliklərin miqyasından, 44 günlük Qarabağ müharibəsi, nəticəsində torpaqlarımızın və mədəniyyət paytaxtımız Şuşanın işğaldan necə azad edilməsindən geniş bəhs etmişdir. Tədbirdə iştirak edən ABŞ-ın Qolden Qeyt Universitetinin professoru Can Vilson, Amerika cəmiyyətində öz ictimai aktivliyi ilə seçilən Şeyn Del Kohen, Metyu Dayter və Azərbaycan icmasının üzvü, əslən Qarabağdan olan Zərifə Musayeva maraqlı çıxışlar etmişdilər.

Tədbirdə maraqlı çıxışlarla yanaşı, Azərbaycanın Qarabağ bölgəsində və mədəniyyət beşiyimiz olan Şuşada erməni vandallarının 30 ilə yaxın bir dövrdə törətdikləri vəhşilikləri əks etdirən foto sərgi və Şuşanın tarixi haqqında "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sifarişi ilə çəkilmiş sənədli filmi nümayiş etdirilmişdi.
Azərbaycan hər an Zəngəzuru Ermənistandan ayıra bilər! - Erməni hərbi ekspert HƏYƏCANLANDIZəngəzur şəhərinin Ermənistanla əlaqəsinin kəsilməsi ilə bağlı real və qaçılmaz təhlükəni ancaq azərbaycanlıların İşxanasardakı (Qızılcıq-red.) yüksəklikdən çıxarılması ilə aradan qaldırmaq olar.

Bunu erməni hərbi ekspert Karen Vrtanesyan deyib.

“Azərbaycan qoşunları Nikolun (baş nazir Paşinyan-red.) birbaşa dəstəyi ilə 2 mərhələdə irəliləyib (2021-ci ilin may və noyabr aylarında) ələ keçirdiyi və möhkəmləndiyi İşxanasar və Qara gölün “lazımsız” yüksəkliklərindən Sünik şəhərini Ermənistanın qalan hissəsi ilə birləşdirən yeganə yola, yəni, Ermənistan-İran dövlətlərarası avtomobil yoluna nəzarət edir.

Bu gün İşxanasardakı Azərbaycan artilleriyası bu yolu rahatlıqla atəş altında saxlamaq imkanına malikdir.

Yəni Sünik (Zəngəzur-red.) təhlükə altındadır deyilir, amma əslində bu mərhələ artıq keçib. Bu təhlükə artıq reallıqdır: hazırda Azərbaycanın Süniki Ermənistandan praktiki olaraq kəsmək üçün hər cür imkanı var.

Və onların Ermənistandakı əsas əlaltısı Nikolun azərbaycanlılarla hansı kağıza imza atmasının heç bir əhəmiyyəti yoxdur, onlar geosiyasi vəziyyətin buna imkan verdiyini hiss edən kimi, həmin kağız heç bir məna kəsb etməyəcək... Yaxud, bəlkə də nəyisə imzalamağı heç gözləməyəcəklər.

Sünikə yaranmış real təhlükəni ancaq azərbaycanlıları İşxanasardan çıxarmaqla sərdən aradan qaldırmaq olar”, – ekspert öz Facebook səhifəsində həyəcanlı şəkildə yazıb.