Daha bir ukraynalı müğənni ermənilərə dəstək oldu
Dərc olunub:
19-09-2022, 13:56
Ukraynalı müğənni Tina Karol ermənilərə dəstək olub.
Kult.az xəbər verir ki, bu barədə müğənni İnstaqram hesabında paylaşım edib.
Paylaşımdan bir neçə saat sonra İticket.az şirkəti müğənninin 15 noyabrda baş tutacaq Bakı konsertini ləğv etdiyini açıqlayıb.
Qeyd edək ki, bundan öncə eyni səbəblə daha bir ukraynalı müğənni – Maks Barskixin Bakıdakı konserti ləğv edilmişdi.