Krana çıxan 23 yaşlı oğlan 7 saat sonra İNTİHAR EDİB
Xəbər verdiyimiz kimi, Abşeron rayonu, Masazır qəsəbəsində gənc krana çıxaraq intihar edəcəyini bildirib, bu fikrindən daşındırmaq üçün xilasedicilər onunla saatlarla söhbət aparıblar.
Avrasiya.net Qafqazinfo-ya istinadən xəbər verir ki, bu cəhdlərin faydası olmayıb. Belə ki, həmin şəxs 7 saat sonra özünü atıb və hadisə yerində vəfat edib. Araşdırmalar nəticəsində intihar edən gəncin, Goranboy rayon sakini, 1999-cu il təvəllüdlü Yusifov Mikayıl Mehman oğlu olması məlum olub. Onun intiharı ilə bağlı Abşeron Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.
Qeyd edək ki, Mikayıl Yusifov sentyabrın 17-də səhər saat 08 radələrində Masazırda yeni tikilən binanın kənarındakı yük kranının üstünə çıxıb. Onun intiharının qarşısını almaq üçün əraziyə xilasedicilər, psixoloqlar və Mikayılı tanıyan şəxslər dəvət edilsə də, 6-7 saat ərzində aparılmış söhbətlər nəticə verməyib. Yekunda 23 yaşlı oğlan saat 14 radələrində özünü ataraq həyatına son qoyub.
M.Yusifovin sevdiyi xanıma görə bu addımı atdığı bildirilir.