Sərhəd toqquşması: İran səylərini dayandırmır
Dərc olunub:
19-09-2022, 15:10
İran Ermənistan və Azərbaycan arasında problemlərin həllinə töhfə vermək səylərini dayandırmır.
Bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani brifinqdəki çıxışı zamanı söyləyib.
"Təəssüf ki, ötən günlərdə biz Azərbaycan və Ermənistan arasında hər iki tərəfdən çoxsaylı insan tələfatı və yaralanması ilə nəticələnən yeni sərhəd toqquşmalarının şahidi olduq. İran bir qonşu kimi regional böhranların həllinə konstruktiv kömək etməyə çalışır. İran təcili siyasi tədbirlər görüb“, - Kənani qeyd edib.
Onun sözlərinə görə, İran tərəfləri sülh danışıqlarına qayıtmaq üçün fəal diplomatik səylər göstərib. Bu problemin həlli, onun nöqteyi-nəzərindən, hər iki tərəfdən siyasi iradə, eləcə də regional siyasi formatlardan istifadəni tələb edir.