İran sərhədimizdəki gərginliyi müzakirə edəcək
Dərc olunub:
19-09-2022, 12:45
İran parlamenti Ermənistan və Azərbaycan sərhədində son gərginliyi müzakirə etməyi planlaşdırır.
Bu barədə Ermənistan parlamentinin mətbuat xidməti məlumat yayıb.
Bununla bağlı İslam Respublikası parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının rəhbəri Vahid Cəlalzadə qeyd edib ki, qarşıda çox mühüm müzakirələr var.
Onun sözlərinə görə, İran tərəfi iki qonşu ölkənin sərhədində baş verən son hadisələrdən ciddi narahatdır.
Qeyd edilir ki, parlamentarilər ölkənin Ali Milli Təhlükəsizlik Şurasından, eləcə də Xarici İşlər Nazirliyindən bu məsələlərə bütün ciddiliklə yanaşmalarını xahiş edib.
Bildirilir ki, bu məsələyə parlamentin sentyabrın 21-də keçiriləcək növbədənkənar iclasında baxılacaq.