"Ermənistan Rusiyasız regionda məhv olar"
Coğrafiyanın hər bir xalqın taleyini həll etdiyi gerçəyini unutmaq olmaz. Ermənistan əvvəla Ukrayna kimi Avropanın qapısında yerləşmir. Nə dənizə çıxışı var, nə də enerji resursları. Heç bir beynəlxalq nəqliyyat yolunun keçməsi üçün də infrastrukturu və uyğun çoğrafiyası yoxdur.
Bunu politoloq Azər Qasımov deyib.
Politoloq deyib ki, bu durumda Ermənistan hansı fakta əsaslanıb Qərbə üz tutacaq? Açıq şəkildə Qərbə üz tutduğunu elan edən Ermənistanın İranla da əlaqələri pozulacaq: "Təbii ki, İran Amerika ilə bütün məsələlər daxil Ermənistan məsələsində də eyni mövqedədir, amma bu, İranın bu günə kimi "Əmrikə bizim düşmənimizdir" yalanının sonu olacaq və hər kəs açıq şəkildə bunun oyun olduğunu görəcək. Bu da İran fars rejiminin sonunu gətirəcək, çünki İranın ayaqda durması Amerika ilə düşmənçilik tezisi üzərində qurulub. Tək bir faktı qeyd etmək yerinə düşər. Deməli, Amerikanın Ukraynaya göndərdiyi silahları daşıyan Yunanıstan gəmisini Fars körfəzində İranın saxladığı faktını qarşıdurma kimi dəyərləndirəndə, sonradan bu silahların Ermənistana ötürüləcəyini kimsə bilmirdi, amma bu, sonradan məlum oldu".
Ermənistanın ətraf ölkələrin dəstəyi olmadan fiziki cəhətdən bu coğrafiyada ayaqda durması qeyri-mümkündür. Ən azı ona görə ki, əhalisi regionda ən az dövlətdir. Bu əhali ilə Ermənistan kimə düşmənçilik edə biləcək və ya kimin düşmənçiliyinə tab gətirəcək? Amerikanın yanında olduğunu dediyi an Ermənistan Rusiya tərəfindən bir çox təzyiqlərə məruz qalacaq. Amerika Ermənistana maddi yardım etsə, bütün borclarını ödəyib, Rusiyanın borcundan qurtarsa belə, bu heç nəyi dəyişməz: "Ermənistanın pulu olsa belə enerji daşıyıcıları, nəqliyyat, hərbi cəhətdən Rusiyadan asılıdır.
Bu durumda ən asan variant Ermənistanın mövcud hakimiyyətinin devrilməsi olar, iqtisadi və hərbi təzyiqləri nəzərə almasaq. Belə bir şəraitdə Amerikanın yardım edə biləcəyi heç bir təsir rıçaqı yoxdur. Tək maddi yardımla Amerika Ermənistanı Rusiyadan ayıra biləcəyinə əmin olsa idi, bunu çoxdan edərdi. Amerika yaxşı bilir ki, yerləşdiyi coğrafiyada Ermənistanı pulla almaq olar, amma bu pullar ermənilərin əlində kağız parçasından başqa bir şey olmaz. Tam azad və müstəqil Ermənistan belə Rusiyasız regionda məhv olar. Ona görə də Amerikanın Ermənistana etdiyi çağırışlar görüntüdən və blefdən başqa bir şey deyildir".