Prezident Azərbaycan xalqına başsağlığı verdiAzərbaycan Prezidenti İlham Əliyev sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı nəticəsində həlak olan hərbçilərlə bağlı paylaşım edib.

Avrasiya.net xəbər verir ki, paylaşımda deyilir:

"Sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlarının qarşısını alan zaman şəhid olmuş hərbi qulluqçularımızın ailələrinə, yaxınlarına və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Allah şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin qanı yerdə qalmadı!".
Şəhid olan hərbçilərimizin sayı açıqlandıSentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.

Bu barədə Avrasiya.net-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.

Şəhid olan hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılarımıza Allahdan şəfa diləyirik.

Şəhidlərimizin qanı yerdə qalmadı.

Bildiririk ki, şəhid olmuş hərbi qulluqçularımızın adlı siyahısı ictimaiyyətə əlavə təqdim olunacaq.
Azərbaycanda məşhur iş adamı binadan yıxılıb öldüAAAF Park Yaşayış Kompleksinin əsas şəriklərindən biri, holdinqin prezidenti Tofiq Heydərovun yaxın dostu və sinif yoldaşı, iş adamı Elçin Səfərov vəfat edib.

Avrasiya.net Yeni Sabah-a istinadən xəbər verir ki, bədbəxt hadisə dünən gecə baş verib.

E.Səfərov Yeni Yasamal qəsəbəsində, yaşadığı mənzilin eyvanından yıxılıb.

Üçüncü mərtəbədən yıxılan iş adamının başı əvvəlcə kondisionerə, daha sonra yerə dəyib. Hadisə nəticəsində E.Səfərov ölüb.

Bildirək ki, E.Səfərov uzun müddət “AAAF Park-Astara”nın direktoru vəzifəsində çalışıb.
Nikol hansı üzlə 2 gündən sonra Əliyevlə görüşəcək?Baş verənlər Nikol Paşinyanın Ermənistanda real hakimiyyətə malik olmadığını və xüsusən erməni generalitetinə nəzarəti ələ ala bilmədiyini bir daha təsdiq edir. O, İkinci Qarabağ müharibəsində məğlubiyyətlə barışmadı və yalnız Moskvanın təzyiqi ilə, o cümlədən KTMT-nin xətti ilə revanş cəhdlərindən imtina etdi.

Bu sözləri Axar.az-a müsahibədəsində rusiyalı politoloq Vitali Arkov bildirib.

“İndi görürük ki, Paşinyan yenidən imitasiyaya can atır, vəziyyətə nəzarət edir kimi, gurultulu bəyanatlarla çıxış edir. Əslində isə siyasi biliyi olanlar anlayır ki, Nikolun addımları gülüncdür. Axı o, bu bəyanatların və atdığı addımlarının arxasında sentyabrın 15-16-da Azərbaycan Prezidenti İlham Əliyev ilə Səmərqənddə sammit çərçivəsində şəxsi görüşü zamanı cavab verməli olacaq. Əlbəttə, əgər Paşinyanın bu görüş üçün cəsarəti çatarsa.

İndi bəzi dırnaqarası ekspertlərin dediklərini oxuyurdum. Guya baş verənlərin arxasında Kreml durur. Məncə, bunu bəyan etmək üçün ruhi cəhətdən xəstə olmalısan. Bəlkə də bu bəyanatlar da bilərəkdən verilir. Necə deyərlər, “sifariş” edilib. Qərbdə müəyyən qüvvələrin tapşırığı ilə Moskva ilə Bakı və Ankara arasında münasibətlərə xələl gətirməyə çalışırlar. Bu bir faktdır.

Məqsəd aydındır: Azərbaycan və Türkiyə ABŞ-ın və onun əlaltılarının tətbiq etdiyi antirusiya sanksiyalarına qoşulmaqdan nəinki açıq şəkildə imtina edib, həm də real hərəkətləri ilə bu məsələlərdə qətiyyət nümayiş etdiriblər. Mən indi “Ukrayna-Rusiya məsələsi”ndən danışmıram. Burada aydındır ki, Bakı və Ankara neytrallığı saxlayır. Söhbət Qərb ilə RF-in arasında baş verənlərdən gedir.

Həm Azərbaycanın, həm də Türkiyənin müdrik rəhbərliyi, ümid edirəm ki, Rusiyanı bölgədən sıxışdırıb çıxarmaq, onun bütün iştirakçılarının maraqlandığı Şimal-Cənub qaz dəhlizi layihəsinin reallaşdırılmasının qarşısını almaq vəzifəsi olan növbəti təxribata çəkməyə imkan verməyəcək”, - deyə həmsöhbətimiz qeyd edib.
GAK Ermənistanın Azərbaycana qarşı aqressiyasına münasibət bildiribGürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov Ermənistanın Azərbaycan Respublikasına qarşı aqressiyasına münasibət bildirib.

Rusiya Federasiyasının Ukraynaya qarşı apardığı işğalçı müharibədə Amerika Birləşmiş Ştatları və Avropa İttifaqı Rusiyaya qarşı birləşmişdirlər. Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan mövqelərinə qarşı apardığı təcavüzkar siyasətə həm ABŞ-ın həm Fransanın həm də Rusiyanın biganə olmadıqları aşkardır.

Ermənistanı həmin qüvvələr artıq bir əsrdən çoxdur ki, alət kimi istifadə etməyə davam edirlər. Ermənilərin alət olmağa razılaşması onları İrandan başqa bütün qonşularla düşmən vəziyyətinə gətirib.

Müzəffər Azərbaycan ordusunun böyük şücaətlə apardığı 44 günlük müharibənin sonunda Ermənistan qeyd-şərtsiz kapituliyasiyaya imza atdı. Azərbaycan və Türkiyə Ermənistan üçün tarixi bir sülh şansı yaratdı.
Son seçimlərdə erməni xalqı sülh şansını dəyərləndirərək məğlub Paşinyanı dəstəklədi.

Paşinyan və onun havadarları bilməlidirlər ki, Azərbaycan sərhədlərini Qəhrəman Azərbaycan ordusu qoruyur. Həmin havadarlar və Ermənistan Şuşa Bəyannaməsinin artıq qüvvədə olduğunu unutmasınlar.

Şəhidlərimizə Allah rəhmət diləyirik. Xalqımızın başı sağ olsun. Biz Gürcüstanda yaşayan azərbaycanlılar milli dövlətimiz olan Azərbaycanın kədərlərini bölüşürük, zəfərlərinə sevinirik.
Yaşasın Azərbaycan Əsgəri!

İSBAM Ermənistanın təxribatı ilə bağlı bəyanat veribİctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzi (İSBAM) Ermənistanın 12 sentyabr 2022-ci il tarixində sərhəddə törətdiyi təxribatla bağlı bəyanat yayıb.

Avrasiya.net-ə göndərilən bəyanatda deyilir:
Ermənistan Silahlı Qüvvələrinin bölmələri bütün beynəlxalq hüquq normalarını, 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanatın şərtlərini qəsdən pozarağ Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində təxribat törətmişdir. Ermənistan hərbi-siyasi rəhbərliyinin mütəmadi hal alan təxribatları Azərbaycan-Ermənistan sülh danışıqlarını pozmağa yönəlmiş və bölgədə hərbi gərginliyin artmasına səbəb olmaqdadır.

Ermənistan Silahlı Qüvvələrinin diversiya qrupları tərəfindən törədilmiş təxribat nəticəsində hərbi və mülki insanlar arasında təlafata, ərazilərimiz isə dağıntılara məruz qalmışdır.

Ermənistanın bu təxribatları 10 noyabr 2020-ci il bəyanatının şərtlərini yerinə yetirməmək, eləcə də, sülh danışıqlarının ləngidilməsi və ya pozulmasında maraqlı olduğunu göstərir.

Ötən dövr ərzində azad edilmiş ərazilərimizdə Azərbaycan Respublikası tərəfindən yenidən bərpa-quruculuq işləri aparılmaqdadır. Bununla bərabər keçmiş məcburi köçkünlər öz doğma yurdlarına geri qaytarılması prosesi başladılmışdır. Ermənistan tərəfi bütün bunların qarşısını almağa, bu ərazilərdə görülən abadlıq işlərinin ləngidilməsinə yönəlmiş təxribatlar və beynəlxalq hüquq normalarına qarşı addımlar sərgiləyir.
Ermənistan hakimiyyətinin son hərbi təxribatlarına beynəlxalq ictimaiyyətin, BMT və digər mötəbər insan hüquqları təşkilatlarının ədalətli münasibətini tələb edirik.

Azərbaycan vətəndaş cəmiyyəti olaraq Azərbaycan Silahlı Qüvvələrinin respublikamızın ərazi bütövlüyünün təmin edilməsi, Ermənistanın təxribatlarının qarşısının alınmasında həyata keçirdiyi tədbirləri və regionda təhlükəsizliyin təmin olunması, dayanıqlı sülhün, ədalətin bərpa olunması üçün bütün mütərəqqi addımları dəstəkləyirik.
Sərhəddə toqquşma: Əliyev generalları topladıSentyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ermənistan–Azərbaycan sərhədində Ermənistanın törətdiyi təxribatlarla bağlı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin rəhbər heyətinin iştirakı ilə operativ müşavirə keçirib.

Avrasiya.net xəbər verir ki, müşavirədə aidiyyəti üzrə məruzələr təqdim edilib, Ermənistan silahlı qüvvələrinin iki dövlətin sərhədində törətdiyi təxribatların qarşısının alındığı, bütün müvafiq vəzifə və tapşırıqların yerinə yetirildiyi bildirilib.

Qeyd olunub ki, yaranmış gərginliyin məsuliyyəti tam şəkildə Ermənistanın siyasi rəhbərliyinin üzərinə düşür. Azərbaycan Respublikasının Silahlı Qüvvələri sərhəd boyunca operativ vəziyyətə nəzarət edir.
Mətbuat və sosial media ilə işi necə qurmalı?Bir məsələyə dörd baxış

I məqalə

Bəlli olduğu kimi Azərbaycanda qeyri-hökumət təşkilatlarının (QHT) inkişafına dövlət tərəfindən hərtərəfli dəstək göstərilir. QHT-lərın fəallığının artırılması, o cümlədən onların ideyalarının dəstəklənməsi istiqamətində qrant müsabiqələri keçirilir. Öz növbəsində bu qrant layihələri əsasında QHT-lərin bəlli bir qismi uğurlu və səmərəli fəaliyyət sərgiləyirlər. Amma təəssüflər olsun ki, biz əksər hallarda nəinki bu layihələrin icrasının, ümumilikdə QHT-lərin fəaliyyətinin mətbuatda lazımlı şəkildə işıqlandırılmamasının şahidi oluruq. Bunun da bir səbəbi QHT-lərin böyük əksəriyyətinin mətbuatla, o cümlədən sosial meda ilə işlərini düzgün qurmamaları ilə bağlıdır.

Əksər ekspertlərin də vurğuladıqları kimi, hər hansı QHT öz işini uğurla qurmaq istəyirsə ilk növbədə mətbuat, o cümlədən sosial media ilə əlaqələr məsələsinə önəm verməli, bu istiqamətdə konkret iş mexanizminə malik olmalıdır. Həmçinin, reallaşdırılan qrant layihələrində də mütləq mətbuatda məlumatların işıqlandırılması üçün müvafiq bənd və maliyyə nəzərdə tutulmalıdır. Bir sözlə, hazırda QHT-lərin mətbuat və sosial media ilə iş bacarıqlarının formalaşması istiqamətində layihənin reallaşması olduqca aktualdır.

“Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin reallaşdırdığı bu layihədə də məqsəd QHT-lərə bu sahədə yardım etməkdir. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə reallaşdırılan “QHT-lərin mətbuat və sosial media ilə iş bacarıqlarının inkişaf etdirilməsi” layihəsi ölkədəki QHT-lərin mətbuatla işinin qurulması, həmçinin sosial mediada fəaliyyətlərinin düzgün istiqamətləndirilməsi işinə dəstək xarakteri daşıyır. Layihəyə cəlb edilən təlimçilərin, həmçinin mətbuat və QHT təmsilçilərinin tövsiyyələrindən ibarət, o cümlədən ayrı-ayrı QHT-lərin mövcud məsələ ilə bağlı yanaşmaları və təcrübəsi də nəzərə alınmaqla məqalələr hazırlanacaq. Beləliklə, bu istiqamətdə hazırladığımız məqalələri təqdim edirik.

Məlumat üçün bildirək ki, ilk iki yazıdakı müsahiblər müxtəlif sahələri təmsil edir. Məsələn Zaur İbrahimli Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, Qalib İbrahimoğlu media kapitanı, Məhluqə Rəhimova ixtisaslaşmış QHT-nin nümayəndəsi, Müşfiq Ələsgərli isə həm media, həm də QHT təmsilçisi kimi maraqlı fikirlər səsləndiriblər.

QHT-media əməkdaşlığı məsələsi uzun illərdir öz aktuallığını qoruyur

Beləliklə, söhbətə öncə Zaur İbrahimli ilə başlayaraq, Agentliyini ümumilikdə QHT-media əməkdaşlığını necə görmək istəməsi ilə maraqlandıq.

Agentliyin 2022-ci il kiçik qrant müsabiqəsində bununla bağlı mövzunun salındığını deyən Z.İbrahimli bu addımın heç də təsadüfi olmadığını bildirib: “Məsələ burasındadır ki, Azərbaycanda QHT-media əməkdaşlığı məsələsi uzun illərdir öz aktuallığını qoruyur. Bu günə kimi QHT-lər tərəfindən kifayət qədər məhsuldar və əhatə dairəsi geniş layihələr reallaşdırılsa da onlar barəsində cəmiyyətə dolğun məlumat çatdırlmayıb. Bunun kökündə isə QHT-lərin media ilə əlaqələrinin düzgün qurulmaması dayanır. Nəticədə uduzan yenə ümumilikdə, biz oluruq. Yəni sanki elə bir təəssürat yarana bilər ki, QHT-lər bu layihələri yalnız özləri üçün həyata keçiriblər, cəmiyyətə bunun heç bir dəxli yoxdur. Bir sözlə, bu gün görülən hər işin, o cümlədən QHT-lərin reallaşdırdıqları layihələr barədə cəmiyyətə məlumatların çatdırılmasında medianın əvəzi yoxdur”.

Z.İbrahimli qeyd edib ki, Agentlik bu məsələdə boşluqların aradan qaldırılması üçün konkert addımlar atır: “Həm də qeyd etdiyim istiqamətdə konkret layihələrin reallaşması üçün 2022-ci il kiçik qrant müsabiqəsində xüsusi bənd salınıb. Bu bənd üzrə 4 layihə qalib olub ki, həmin layihələr əsasında da maraqlı işlərin görülməsi nəzərdə tutulub”.

Müşahidə Şurasının üzvü Agentliyin QHT-media əməkdaşlığının güclənməsi istiqamətində daha bir addım da atdığını bildirib: “İlk dəfə olaraq Agentlik tərəfindən PR məsələləri ilə bağlı artıq minimum standart müəyyən olunub. Yəni biz tövsiyyə etdik ki, hər hansı QHT öz layihəsi barədə ən azı beş KİV-də məlumat verməlidir. Bu minimumdur, bundan artıq neçə saytda, yaxud qəzetdə dərc edilməsi isə artıq QHT-nin öz işini media ilə necə qurmasından aslı olacaq. Bu onu göstərir ki, biz öz tərəfimizdən o mühiti formalaşdırmağa çalışırıq”.

Sözügedən istiqamətdə reallaşdırılan layihələrin gedişində ortaya çıxacaq təklif və nəticələrin maraqlı olacağını deyən Z.İbrahimli maraqlı bir təklif də səsləndirib: “Şəxsən mən həm keçmişdə aparıcı media qurumlarında çalışan biri, həm də hazırda QHT rəhbəri olaraq bu qənaətdəyəm ki, problemin praktiki həlli yollarından biri hər hansı bir müstəvidə KİV və vətəndaş cəmiyyətini bir araya gəlməsindən keçir. Yəni hər iki tərəfin iştirakı ilə geniş müzakirələrə ehtiyac var, fikir mübadiləsi aparılması vacibdir. Düşünürəm ki, bu müzakirələrin bir nəticəsi, mediada daha çox QHT sektoru ilə işləyəcək, bu sahədə zəruri bilik və bacarığa malik müxbirlərin yetişməsi üçün müvafiq təşəbbüslərə qərar verilməsi ola bilər. Çünki mediada bu sahə üzrə ixtisaslaşma vacibdir”.

Fəaliyyətdə olan QHT-lərin çox az hissəsinin mətbuatla birgə fəaliyyəti nəzərə çarpır

Bakıvaxtı.az xəbər portalının baş redaktoru Qalib İbrahimloğlu da məsələyə tənqidi prizmadan yanaşır. Onun bildirdiyinə görə, hüquqi dövlətin əsas atributlarından biri də qeyri-hökumət təşkilatlarıdır: “QHT-lər cəmiyyətin özünü ifadə vasitələrindən biri sayılır. Bu gün vətəndaş cəmiyyəti quruculuğunda QHT-lərlə medianın əlaqələrinin güclü, intensiv qurulması vacib məsələlərdən biri, bəlkə də birincisidir”.

Q.İbrahimoğlu qeyd edib ki, Azərbaycanda Ədliyyə Nazirliyində qeydiyyatdan 4000 QHT keçib. Bundan bir qədər çox - 6000-ə yaxın isə elektron media qeydiyyatdan keçib. “Təbii ki, bu qədər QHT və medianın hamısının əlaqələrindən danışmaq mümkün deyil. Fəaliyyətdə olan QHT-lərin çox az hissəsinin mətbuatla birgə fəaliyyəti nəzərə çarpır. Qalanlarının media ilə əlaqaləri ya zəifdir, ya da ümumiyyətlə, yoxdur”.

QHT-lərlə media arasında əlaqələrin güclənməsi üçün birgə tədbirlər, seminarlar keçirilə bilər

Baş redaktorun fikrincə, əslində, hər iki sahə bir-biri ilə əlaqələrin inkişafında maraqlıdır: “Bu gün Azərbaycan mətbuatı QHT-lərə açıqdır. Ancaq III sektor bəzən bu açıqlıqdan yararlanmaq belə istəmir. Qeyri-hökumət təşkilatlarının əksəriyyəti press-reliz yazıb redaksiyalara göndərməklə işini bitmiş sayır. Həmin press-relizlərin qeyri-peşəkarcazına, zəif hazırlanmasından isə danışmağa dəyməz”.

Q.İbrahimoğlu təklif edib ki, QHT-lərlə media arasında münasibətlərin daha da inkişafı üçün müəyyən bir sistemləşmə olmalıdır. QHT-lərlə media arasında əlaqələrin güclənməsi üçün birgə tədbirlər, seminarlar keçirilə bilər.

“Hesab edirəm ki, orada səslənən fikirlər, irəli sürülən təkliflər, aparılan müzakirələr yalnız və yalnız ümumi işin xeyrinə olar. İnanıram ki, QHT-lərlə media arasında əməkdaşlıq bundan sonra da davam edəcək. Cəmiyyətdə mövcud problemlərin həlli bu iki sahə arasında sıx münasibətlər çərçivəsində aradan qaldırılacaq”, - deyə o fikrinə yekun vurub.

(Ardı var)

Cavid Şahverdiyev

Məqalə “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “QHT-lərin mətbuat və sosial media ilə iş bacarıqlarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində hazırlanıb
İrəvanın sərhəd təxribatı Kremlə qarşıdır – Moskvadan baxışVəziyyətin gərginləşməsi Ermənistanın revanşist dairələrinin Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanmasını pozmaq cəhdidir.

Bu sözləri Axar.az-a açıqlamasında hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko Azərbaycan-Ermənistan dövlət sərhədində vəziyyətin gərginləşməsini şərh edərkən deyib.

Ekspert bildirib ki, erməni revanşizminin təzahürləri ilə yanaşı, kənardan da təhriklər var:

“Xaricdəki maraqlı tərəflərə gəlincə, məncə, bunlar erməni diasporlarının təsir etdiyi ABŞ və Fransadır. Vaşinqton və Paris sülh və əmin-amanlıqda maraqlı deyil. Çünki bu, həm Zəngəzur dəhlizinin, həm də Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin işə salınması deməkdir. Xaricilər üçün isə bu, Rusiyanın Qərbin qurduğu logistika və nəqliyyat blokadasından çıxması deməkdir. Ona görə də münaqişənin genişlənməsi və alovlanması üçün həm geosiyasi, həm də regiondaxili səbəblər var”.

Korotçenko qeyd edib ki, Azərbaycanın sərhədlərinin təhlükəsizliyinin təmin edilməsi tamamilə qanunidir:

“Eyni zamanda, Azərbaycanın Qarabağın bərpasında iştirak edən mülki şəxslərə, Azərbaycan Silahlı Qüvvələrinə atəş açanlara verdiyi birmənalı və sərt reaksiya qanunidir və beynəlxalq hüquq normalarına uyğundur. Azərbaycanın bu addımı regionda təhlükəsizliyin təmin edilməsinə yönəlib”.

"Azərbaycan Ordusu ayaqdadır və düşməni necə cəzalandırmağın yollarını yaxşı bilir"Ötən ayın sonlarından başlayan və son günlər daha da intensivləşən erməni təxribatlarının sonda erməni tərəfinin azğınlaşacağı ilə nəticələnəcəyi gözlənilən idi. Belə ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Bir yandan Ermənistan silahlı qüvvələrinin diversiya qrupları qaranlıq vaxtında Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı əraziləri və təminat yollarını minalamağa cəhd göstərib, digər tərəfdən isə Ermənistan silahlı qüvvələri Daşkəsən, Kəlbəcər və Laçın rayonlarındakı mövqelərimizi müxtəlif çaplı silahlardan intensiv atəşə tutub. Erməni tərəfinin xain hücumunun nəticəsində şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib.

Lakin Ermənistanın genişmiqyaslı təxribatının və ölkəmizin ərazisinə və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması üçün adekvat cavab tədbirləri görülür. Azərbaycan Ordusu ayaqdadır və düşməni necə cəzalandırmağın yollarını yaxşı bilir. Hazırda Ermənistan silahlı qüvvələrinin atəş nöqtələrinin susdurulması və döyüş toqquşmasının miqyasının genişlənməsinin qarşısının alınması məqsədilə Ordumuz tərəfindən bütün zəruri tədbirlər görülür. Biz Ordumuza güvənirik və qəhrəman əsgərlərimizin, zabitlərimizin yanındayıq.

Şanlı Ordumuz düşməni peşman edəcək və bu təxribat Ermənistana baha başa gələcək. Effektiv cavab tədbirlərimiz nəinki Ermənistanın hərbi-siyasi rəhbərliyini, ümumiyyətlə, bütövlükdə erməni toplumunu qorxutmalı və ayıltmalıdır. Gün-gündən revanşizm ovqatına köklənən erməni cəmiyyətini ağıllandırmağın və reallıq hissinə qaytarmağın başqa yolu yoxdur. Biz antiterror əməliyyatı keçirməyə artıq məcburuq. Getdikcə daha da aqqressivləşən, yenidən militarist əhval-ruhiyyəyə təslim olan Ermənistan dövlətini və erməni cəmiyyətini sülhə məcbur etməyin yolu məhz güc tətbiqindən keçir.

Bəli, Ermənistan sülhə məcbur edilməlidir. Bəzi ölkələr kimi biz də denasifikasiya və demilitarizasiya tədbirləri həyata keçirməliyik. Bizim də buna ixtiyarımız çatır. Çünki 10 noyabr razılaşmasının ziddinə olaraq hələ də ərazilərimizdə qalmaqda davam edən Ermənistanın hərbi birləşmələrini və separatçı-terrorçu dəstələri tərksilah etməyin, neytrallaşdırmağı başqa yolu yoxdur. Təcrübə göstərir ki, revanşizmi yalnız güc tətbiqi ilə ram etmək mümkündür.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri