Paşinyan Makrona zəng edib
Dərc olunub:
13-09-2022, 03:44
Ermənistanın baş naziri Nikol Paşinyanla Fransa Prezidenti Emmanuel Makronla arasında telefon danışığı baş tutub.
Avrasiya.net xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Paşinyan Azərbaycan – Ermənistan sərhəddində baş verənlərlə bağlı Makrona ətraflı məlumat verib.
Telefon danışığı erməni tərəfinin təşəbbüsü ilə baş tutub.