Kərbəlada "Borçalı Sarvan" stendi quruldu - FOTO
Dərc olunub:
13-09-2022, 10:30
Marneuli sakinləri İraqın Kərbəlada şəhərində "Ərbəin" (Həzrəti İmam Hüseyn əleyhissalamın qırx mərasimi) ziyarətçilərinə stend qurub ehsan paylayırlar.
Aktual.ge xəbər verir ki, Marneulidən bir qrup gənc xeyriyyəçi yerli xalqın dəstəyi ilə Kərbəlada hər gün zəvvarlara kabab ehsanı edirlər.
Xəbər portalımıza verilən məlumata görə, ehsan süfrəsi 17 sentyabra qədər davam edəcək. Bildirilib ki, hər gün yüzlərlə ziyarətçiyə xidmət göstərilir və gün ərzində 350 kilo toyuq əti şişə çəkilir və tam təmənnasız olaraq da insanlara paylanılır. Məlumatda eləcə də bildirilib ki, kababla yanaşı İmam Hüseyn (ə) aşiqlərinə içməli su da paylanılır.