Sərhəddə yerləşən erməni kəndləri BOŞALDILIR
Ermənistanın Azərbaycanla sərhəddə yerləşən yaşayış məntəqələrində ciddi panika yaşanır.
Avrasiya.net modern.az-a istinadən xəbər verir ki, xəbər verir ki, sərhəd ərazilərdəki bəzi kəndlərin boşaldılması haqda məlumatlar dolaşır.
Sosial şəbəkələrin erməni seqmentində yayılan xəbərlərə görə, cənub istiqamətində, xüsusilə Qafan şəhəri yaxınlığında yerləşən kəndlərin sakinləri təcili evlərini tərk edirlər.
Sərhəddə baş verən hərbi qarşıdurmadan sonra erməni əhalisinin köçürülməsinə başlanıldığı deyilir.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Azərbaycan Ordusunun cavab tədbirləri nəticəsində Ermənistan tərəfi ağır itkilər verib.